Məzahir Əfəndiyev: Postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına xüsusi diqqət yetirilməlidir

Məzahir Əfəndiyev: Postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına xüsusi diqqət yetirilməlidirArtıq heç kəsə sirr deyil ki, postpandemiya dövründə yaşadığımız dünya əvvəlki kimi olmayacaq. Yeni düzəni xarakterizə edən əsas xüsusiyyətlərdən biri də rəqəmsallaşma tendensiyalarının artımı olacaq. Ölkəmizin bu qlobal çağırışa hazırlığının yüksək səviyyədə təmin edilməsi hətta indiki böhrandan öncə də dövlət gündəliyində mühüm yer tuturdu və hökumət tərəfindən bu istiqamətdə ardıcıl addımlar atılırdı.
Bu məcrada cari il keçirilən Davos Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevin şəxsi iradəsi nəticəsində Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması barədə imzalanan niyyət protokolunu xüsusilə vurğulamaq olar. Bu əlamətdar hadisə və onun gələcək müsbət təsirləri dövlət rəhbərliyinin ölkəmizi bu dəyişikliyin hərəkətverici qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlir.
Lakin, sürətlə artan rəqəmsallaşma tempində bir neçə məsələyə xüsusi diqqət yetirilməlidir. Bunlar arasında, ikisinə əlaxüsus toxunmaq istərdim. Həssas qrupların rəqəmsallaşmaya hazırlılığı və rəqəmsallaşmanın tarazlılığının təmin edilməsi, xüsusilə regional inkişaf perspektivindən spesifik olaraq, bu iki aspekti vurğulamam hazırkı vəziyyətdən öyrəndiyimiz bəzi təcrübələrlə bağlıdır. Məsələn, ən sadə misallardan biri kimi həssas qrupa aid etdiyimiz yaşlı nəslin nümayəndələrinin internet vasitəsilə geniş yayılmış müxtəlif xidmətlərdən istifadə və yararlanmaq bacarığının aşağı və yaxud heç olmamasıdır. Bu əhali qrupunun bir hissəsinin heç bu xidmətlər haqqında təəssüratı yoxdur və onlar müxtəlif müasir anlayışlar haqqında eşidəndə nədən söhbət getdiyini belə anlamırlar. Vəziyyət demək olar ki, əksər dövlətlərdə belədir. Yaxud tarazlılığın təminatı mövqeyindən nəzər yetirdikdə müxtəlif onlayn xidmətlərin regionlarda yayılma səviyyəsini və populyarlığını öyrənmək yerinə düşərdi. Nəticə çox güman ki bu xidmətlərdən istifadənin populyarlığının aşağı olduğunu göstərəcək. Bu amillər inkişafın qeyri-bərabərsizliyinə yol aça bilər. Təkcə bu sadə misalları nəzərə alaraq, rəqəmsallaşmada regional tarazlığın qorunmasını və hər bir əhali qrupunun bu dəyişikliyə hazır olmasını daim gündəlikdə saxlamaq lazımdır. Bu, eyni zamanda, 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinin 10-cu məqsədi olan bərabərsizliklərin azaldılması məqsədinin çağırışlarına xidmət etmiş olacaq.
Danılmaz faktdır ki, Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə regionların inkişafı üzrə inanılmaz nəticələr əldə olunub. Bu məcrada, xüsusilə 2004-cü ildən icra olunaraq dördillik dövrləri əhatə edən və hazırda 2023-cü ilədək davam edəcək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları nəticəsində əldə olunan uğurları qeyd etmək olar. Bu proqramlar çərçivəsində görülmüş mərhələli işlər nəticəsində regionlarda şəhər və kəndlərin siması köklü şəkildə dəyişib, infrastruktur təminatı və kommunal xidmətlərin keyfiyyəti yüksəlib, regionların iqtisadi potensialı və əhalinin rifah səviyyəsi artıb. Bununla belə, rəqəmsallaşma və onun gətirəcəyi dəyişikliklərin miqyası, həcmi və mürəkkəbliyi bəşəriyyətin bütün əvvəlki təcrübələrindən ciddi şəkildə fərqlənir.
Bu dəyişiklik kontekstində böyük iş əhalimizin də üzərinə düşür. Bu məqsədlə, xüsusilə əhalinin yuxarı yaş kateqoriyalarının üzvlərinə inkişaf terminologiyası ilə desək "lifelong learning", yəni "həyatı boyu öyrənmə" yanaşmasının aşılanması çox yaxşı olardı. Bu onların yeni düzənə uyğunlaşma tempini xeyli asanlaşdıracaq.
Eyni zamanda, alternativ və digər ölkələrin təcrübəsində özünü sınamış kompleks tədbirlərə də diqqət yetirmək olar. Bunlardan biri kimi "ərazi-əsaslı inkişaf" yanaşmasının ("area-based development" approach) ölkəmizdə mümkün tətbiqi öyrənilə bilər.
"Bütün bunları nəzərə alaraq onu qeyd etmək istərdim ki, koronavirus pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması məqsədilə hazırlanmış geniş əhatəli dövlət dəstəyi proqramlarının əsas özəlliklərindən biri onların Azərbaycanın böhrandan sonra hədəflədiyi iqtisadi modelin ehtiyaclarına və şərtlərinə uyğun olaraq hazırlanmasıdır. Bu məcrada, yaranmış hazırkı məqamdan, eyni zamanda, yuxarıda qeyd etdiyim məsələlərin öyrənilməsində istifadə edərək, müvafiq nəticələri inkişaf planlarına inteqrə etmək uzunmüddətli inkişaf baxımından ölkəmizin maraqlarına xidmət edəcək.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 09 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət xeber.az ən son xəbərlər xabar az