Məzahir Pənahov qeydə alınan deputatlığa namizədlərin sayını açıqladı
Məzahir Pənahov qeydə alınan deputatlığa namizədlərin sayını açıqladı
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 16 namizəd qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, ümumilikdə 1611 namizəd müraciət edib.
M.Pənahov bildirib ki, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb.
"13 nəfəri təşəbbüs qrupları, 1305 nəfər fərdi qaydada namizədliyini irəli sürüb. Müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub", - deyə M.Pənahov əlavə edib.
MSK sədri qeyd edib ki, müraciət edən namizədlərdən 1012 nəfəri imza vərəqələrini artıq götürüb:
"124 nəfəri qaytarıb və onlardan 16 nəfər qeydə alınıb. 56 nəfər isə seçkilərdə iştirakını könüllü dayandırıb".
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək. /oxu.az

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı
Yamal dünya futbolu tarixinə düşdü