Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatına bölgə ölkələrinin marağı artır

Mikayıl Cabbarov: "Ölkə iqtisadiyyatına Rusiya, Türkiyə, Orta Asiya ölkələrinin investorlarının marağı əhəmiyyətli dərəcədə artır".
Azxeber.com xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Azərbaycan iqtisadiyyatı həm regional, həm də qlobal iqtisadiyyata inteqrasiya olunub: "Biz investisiya mühitinin daimi yaxşılaşdırılması hədəfini qarşımıza məqsəd qoyuruq. Ərazilərimizin işğaldan azad edilməsindən sonra regionda yeni geoiqtisadi reallıq yaranıb. Azərbaycana əsasən Qərb, inkişaf etmiş ölkələr tərəfindən sərmayələr qoyulub. Lakin pandemiyanın gedişatı qloballaşmanı regionlaşma ilə əvəzlənmə meyillərini aydın şəkildə biruzə verir".
M.Cabbarovun sözlərinə görə, bu, digər tərəfdən Azərbaycanın bu bölgədə olan dəyərinin artımının aydın şəkildə siqnalıdır: "Bunun bir neçə səbəbləri var, birincisi, ölkədə mövcud olan makroiqtisadi sabitliyin mövcud olması, milli valyuta məzənnəsinin dayanıqlı olmasıdır. Ölkənin investisiya mühitinə marağın artması dövlət tərəfindən illərlə infrastruktura qoyulan yatırımların nəticəsidir".
"Demək istəmirik ki, biz investisiya mühitində olan bütün problemləri aradan qaldırmışıq. Bir neçə il əvvəl beynəlxalq hesabatlarda, tövsiyyələrdə, dövlət qurumlarımızın təhlillərində olan problemlər siyahısı ilə tanış olanda bugünkü problemlər siyahısından kifayət qədər əhəmiyyətli keyfiyyət fərqini görürük. Avropa Yenidənqurma və İnkişaf Bankının, Davos İqtisadi Forumun hesabatlarını nəzərdən keçirəndə görürürk ki, Azərbaycan nəinki üstün mövqeləri qoruyub saxlayır, biz hətta irəliləyirik. Bu proses daimi olmalıdır, çünki rəqabət heç bir zaman dayanmayacaq",- nazir vurğulayıb.
Qeyd edək ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları olub.

İqtisadiyyat       Tarix: 23 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi krimnal xeber qurban bayrami 2026 cəbhədən son məlumatlar