Millət vəkili: "Bəzi deputat yoldaşlarımın toyda iştirak etməsinə təəssüflənirəm

Millət vəkili: "Bəzi deputat yoldaşlarımın toyda iştirak etməsinə təəssüflənirəmMillət vəkili: "Bəzi deputat yoldaşlarımın toyda iştirak etməsinə təəssüflənirəm"
"Ölkəmizdə artıq 7-ci aydır ki, pandemiya səbəbindən karantin elan olunub. Milli Məclis pandemiya dövründə qanunlar qəbul edib. Pandemiyanın qarşısını almaq üçün hər bir tədbir görülüb və qanunlar da qəbul olunub. Nazirlər Kabinetində Baş nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Onun sözlərinə görə, hər gün insanlara COVİD-19-la bağlı məlumatlar verilir: "Kimliyindən asılı olmayaraq heç kəs toy, yas və nişan mərasimləri keçirə bilməz".
Eldar Quliyev bildirib ki, belə bir toyu hansısa adi adamın deyil, ölkə rəhbərliyində təmsil olunan şəxsin etməsi qəbuledilməzdir: "Bu toyu tanınmış və savadlı şəxslər edib. Bu yolverilməzdir. Tanınmış ziyalıların karantin müddətində toy etməsini qəbul edə bilmirəm. Bu hadisəni qınayıram. Eyni zamanda, bəzi deputat yoldaşlarımın da toyda iştirak etməsinə təəssüf edirəm. Dövlətin öz qanunları var. Hər birimiz o qanunlara riayət etməliyik. Qanunda da göstərilib ki, qaydaları pozanlar cəzalandırılmalıdır. Unutmayaq ki, qanun şahdır, şah qanun deyil. Artıq toy edən valideynlər qanun qarşısına çıxaraq cəzalandırılıblar".
Parlamentarinin sözlərinə görə, heç bir deputatın qaydaları pozmağa ixtiyarı yoxdur: "Ölkə Prezidenti və Birinci vitse prezident bu məsələni daima diqqət mərkəzində saxlayır və insanların sağlamlığının qorunması istiqamətində xeyli işlər görülür. Deputat parlamentdə seçiciləri təmsil edir. Biz seçicilərimizə nümunə olmalıyıq. Biz deputatlar seçilmiş insanlarıq. Hər birimiz ali təhsilli, savadlı, ziyalı şəxslərik. Türkiyədə belə bir ənənə var. Hətta sabiq millət vəkilinə "sayın millət vəkilim" deyə müraciət edirlər. Bu ənənə bizdə də olmalıdır. Biz hər kəsin qarşısında  nümunəvi addımlarımızla seçilməliyik. Göstərməliyik ki dövlətin qanunu hər şeydən vacibdir. Dövlət bu qanunu qəbul edibsə biz o qanunlara birmənalı olaraq əməl etməliyik. Parlamentdə əyləşən hər bir deputat ziyalıdır. Qəbul etdiyimiz qanunları pozmağa ixtiyarımız yoxdur".

Sosial       Tarix: 23 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 xeberler metbuat xeberleri bu gunun xeberleri haqqinda melumat