Millət vəkili: "O toyda iştirak edənlərin təkcə hüquqi deyil, mənəvi məsuliyyəti də var"

Millət vəkili: "O toyda iştirak edənlərin təkcə hüquqi deyil, mənəvi məsuliyyəti də var" Millət vəkili: "O toyda iştirak edənlərin təkcə hüquqi deyil, mənəvi məsuliyyəti də var"
"Artıq bir neçə gündür ki, ölkədə böyük rezonans doğuran bu toy mərasiminə görə təşkilatçıların cəzalanmasını müsbət dəyərləndirirəm".
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında millət vəkili Malik Həsənov sabiq millət vəkili İlham Əliyevin (akademik, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni) bağ evində övladına toy mərasimi keçirməsi və buna görə inzibati qaydada 15 sutka həbs olunmasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, ölkədə koronavirusa yoluxma sayı azalsa da, müəyyən məhdudlaşdırıcı tədbirlər hələ də qüvvədədir:
"Bu məhdudlaşdırıcı tədbirlər içərisində kütləvi mərasimlərin təşkili birinci yerdədir. Təsadüfi deyil ki, Məhərrəm ayı olmasına baxmayaraq, Aşura mərasimlərinin keçirilməsi üçün məscidlərin açılmaması qərarı qüvvədə saxlanıldı. Onu da xüsusi vurğulayım ki, dinin dövlət siyasəti səviyyəsində olduğu və dövləti din xadimlərinin idarə etdiyi İran kimi ölkədə belə Aşura mərasimlərinin məscidlərdə keçirilməsi qadağan edildi və məscidlər açılmadı. Yəni koronavirus pandemiyasının qarşısının alınması üçün kütləvi tədbirlərin qadağan olunması vacibdir.
Toy, yas mərasimləri pandemiyanın alovlanması üçün münbit şərait yarada bilər. Ona görə də bu tədbirlərin keçirilməməsi barədə Operativ Qərargahın qəbul etdiyi qərara hamı qeyd-şərtsiz riayət etməlidir".
Millət vəkili qeyd edib ki, məlum toy mərasimində sabiq və hazırkı bəzi məmurların iştirakı təəssüfedicidir:
"Dövlətin qəbul etdiyi qərarların mütləq icra olunması vacibliyini onlar hamıdan daha gözəl bilir. Bu baxımdan hesab edirəm ki, qanunun kobud surətdə pozulmasından dolayı mənəvi məsuliyyət də daşıyırlar. Bu toy mərasimi cəmiyyətdə ona görə bu qədər böyük səs-küyə, geniş müzakirələrə səbəb olub ki, orAda akademiklər, ziyalılar, bəzi sabiq və hazırkı məmurlar iştirak ediblər. Bu, yolverilməzdir və cəmiyyətdə haqlı narazılıq yaradır.
Qanunları pozan şəxslərin dərhal və ən sərt şəkildə cəzalandırılması vacib idi. Cənab Prezidentimiz İlham Əliyev hər zaman vurğulayır ki, heç kəs toxunulmaz deyil, heç kəs özünü qanundan üstün saya bilməz. Azərbaycan hüquqi dövlətdir və hamı qanun qarşısında məsuliyyətini dərk etməlidir".
M.Həsənov qanunlara ilk növbədə dövlət məmurlarının, ziyalıların, millət vəkillərinin əməl etməsi gərəkdiyini bildirib:
"İlk növbədə qanunları qəbul edənlər və onun icrasına nəzarət edənlər qaydalara uyğun davranmaqla nümunə olmağı bacarmalıdırlar. Məmurların, ziyalıların, millət vəkillərinin cəmiyyət qarşısında da, dövlət qarşısında da təkcə hüquqi deyil, mənəvi məsuliyyəti də var. Bəlkə də adi insanlar qanunları pozmağa cəhd edərkən onun mahiyyətini dərk etmirlər. Ancaq konkret danışdığımız mövzuda - o toya toplaşanlar bu qadağaların mahiyyətini və kütləvi toplaşmanın koronavirus pandemiyasının yayılmasına necə təsir etdiyini çox yaxşı anlayırlar. Bu baxımdan onlar daha ciddi şəkildə qaydaları qorumağa və bu yöndə təbliğat aparmağa məsuldurlar. Hesab edirəm ki, təşkilatçıların qanunun imkan verdiyi ən sərt şəkildə cəzalanmasının səbəbini burada axtarmaq lazımdır. Yəni qadağanın səbəbini bilən şəxslərin onu pozmasına qarşı qanun daha sərt şəkildə özünü göstərdi".
Millət vəkili sonda bu cəzalandırmanın çox ciddi təsiri olacağına, qanun qarşısında hər kəsin bərabər olduğu barədə cəmiyyətə müsbət bir mesaj verildiyinə və kütləvi tədbirlərin keçirilməsi cəhdlərinin önünə ciddi sədd çəkdiyinə inandığını qeyd edib. /oxu.az

Sosial       Tarix: 23 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 xeberler metbuat xeberleri bu gunun xeberleri haqqinda melumat