Milli Məclisdə kritik iclas: Parlament buraxılacaq? - MÜHÜM AÇIQLAMA

Milli Məclisdə kritik iclas: Parlament buraxılacaq? - MÜHÜM AÇIQLAMAMilli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək növbəti planer iclasının vaxtı dəyişdirilib. İclas saat 10.00-da başlayacaq. Parlamentin iclasları saat 11:00-da keçirilirdi. Növbədənkənar sessiyanın vaxtının dəyişdirilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər sözügedən addımın sessiyada parlamentin buraxılacağından xəbər verdiyini bildirib. Onlar vaxtın dəyişdirilməsini bununla əlaqələndirib.
Bəs görəsən, həqiqətən bu iddialar doğrudurmu?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, hələki bu barədə hansısa qərar və yaxud məlumat yoxdur:
"İlk öncə qeyd edim ki, medianın, cəmiyyətin bu məsələ ilə bağlı maraqlanması həqiqətən məndə təəccüb doğurur. Əgər konkret belə bir qərar və ya tapşırıq olarsa, təbii ki, bu barədə məlumat veriləcək. Hələ ki parlamentin buraxılması və seçkilərin keçirilməsi ilə bağlı yekun qərar yoxdur. Hər il parlamentin müddəti uzadılır və iyunun əvvəlindən iyulun ortasına kimi biz deputatlar işləyirik".
Deputat sabahkı iclasda parlamentin özünü buraxacağı ilə bağlı iddiaların isə əsassız olduğunu qeyd edib:
"Bu prosesdən anlayışı olmayan insanlar keçən ayın sonu belə bir fikir irəli sürdülər ki, guya parlament seçkilər üçün yığışır. Yəni əgər elə bir məsələ olarsa, ictimaiyyətə bu barədə məlumat veriləcək. Hələ ki bununla bağlı hansısa rəsmi məlumat və fikir yoxdur. Belə bir məsələ olarsa, bu barədə məlumat veriləcək və hamının xəbəri olacaq. İctimaiyyət kimi bizim də bu barədə heç bir məlumatımız yoxdur. Sabahkı gündəlikdə də bu məsələ ilə bağlı heç bir fikir və məsələ salınmayıb. Ona görə də parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı iddiaları əsassızdır".
yenisabah.az

Siyasi       Tarix: 14 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri bu gunun xeberleri haqqinda melumat valyuta mezennesi banklar xeberler bu gun