Mingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilib

Dekabrın 11-də Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş "Tarixi reallıqlara çevrilmiş Heydər Əliyev ideyaları" mövzusunda elmi konfrans keçirilib.
MDU-dan Azxeber.com-a bildirilib ki, konfransdan əvvəl, MDU-nun əsas tədris korpusunda Ulu Öndərin büstünün qarşısına gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
"Microsoft Teams" platforması üzərindən onlayn formatda təşkil edilən konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib və Allahdan ona rəhmət diləyib.
Ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən söhbət açan rektor hazırda onun layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd edib.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edilməsindən danışan Ş.Bayramov qazanılan tarixi Zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.
Hazırda qurucusu olduğu Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu, uzun illər erməni vandalizminə məruz qalmış doğma yurdlarımızın sürətlə dirçəldiyini, regionda sülhə, təhlükəsizliyə və rifaha hədəflənən irimiqyaslı işlərin həyata keçirildiyini vurğulayan rektor bu gün dahi şəxsiyyətin ruhunun şad olduğunu bildirib.
Universitetdə vətəninə, dövlətinə və xalqına bağlı mütəxəssis kadrların hazırlanmasının diqqət mərkəzində saxlanıldığını qeyd edən Ş.Bayramov bu məqsədlə ömrünü Azərbaycan xalqının firavan gələcəyinə həsr edən əbədiyaşar liderin zəngin irsinin gənc nəsil arasında təbliğinə xüsusi önəm verildiyini deyib və konfransın əhəmiyyətindən bəhs edib.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Pedaqoji fakültəsindən dosent Namaz Manafov "Müasir milli tariximizi şərəf kürsüsünə qaldırmış lider", dosent Nizami Zeynalov "Heydər Əliyev strategiyası və 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimiz" və müəllim Ayna Babazadə "Salnaməyə çevrilmiş dahi ömrü: görkəmli şəxsiyyətlər Heydər Əliyev haqqında" mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə ölkənin müstəqilliyi və tərəqqisi naminə Ulu Öndərin zəngin, titanik və çoxşaxəli fəaliyyətindən, xilaskarlıq missiyasından, milli maraqlarımıza uyğun müdrik və uzaqgörən siyasətindən, güclü siyasi iradəyə, yüksək intellektə, böyük əzmkarlığa və unikal liderlik keyfiyyətlərinə malik olmasından, ölkəmizin davamlı inkişafında və tarixi Qələbəsində Heydər Əliyevin zəngin irsinin misilsiz əhəmiyyətindən bəhs edilib, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin Azərbaycan xalqının böyük oğlu haqqında xatirələri və fikirləri öz əksini tapıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbə məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin məntiqi nəticəsidir.
İclas iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər dahi şəxsiyyətin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib, Ümummilli Liderin miras qoyduğu zəngin dövlətçilik təcrübəsinin davamlı surətdə öyrənilməsi və gənc nəsilə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, MDU-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsinə xüsusi diqqət yetirilir.
Mingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilibMingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilibMingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilibMingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilibMingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilibMingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilib

Sosial       Tarix: 12 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbər krimnal bugun xəbər bugünkü son xəbərlər