Miri Yusifin nəyi məndən artıqdır ki, Xalq artistidir?' - Faytonçu Nazim
"Akif İslamzadənin, Anatoli Qəniyevin də fəxri adı yoxdur. Mən onlardan böyük müğənniyəm? Fazil Salayev böyük aktyordur, amma adı olmayıb. 48 yaşında dünyasını dəyişib".
azxeber.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari deyib. Jurnalist Həmid Həmidlinin yutubda yayımlanan proqramının qonağı olan ifaçı fəxri ad alamamasından gileylənib.
Nazim jurnalistin "Necə olur Miri Yusif Xalq artistidir, sizin fəxri adınız yoxdur? Siz sənətə gələndə, Miri Yusif hələ doğulmamışdı" sözlərinə belə cavab verib:
"Bu haqda çox düşündüm. Hansı kriteriyalara görə, insan fəxri ad almalıdır? Cavab tapmıram. Vətənə xidmət edirəm, millətin sevimli müğənnilərindən biriyəm, dövlət tədbirlərində iştirak edirəm, Prezident, deputat seçkilərində oluram. Normal ailəm var. Digərləri kimi on dəfə evlənib boşanmamışam. 32 ildir ailəmlə xoşbəxtəm. Heç kimin bağına daş atmamışam. Evim var, dövlətdən yardım istəmirəm, demirəm buram ağrıyır kömək edin, təqaüd, ev istəmirəm. Şükürlər olsun ki, kifayət qədər imkanım var. Miri Yusifin hansı kriteriyası, nəyi məndən artıqdır ki, o Xalq artistidir, mən isə heç bir fəxri ada sahib deyiləm. Heç kimin nəyindəsə gözüm yoxdur. Amma analiz edirəmsə, anlaya bilmirəm. Bütün bunları kim və necə edir?"

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA