Mirqiyas Sarıyev: Təbiət də çalışanların tərəfindədir

Mirqiyas Sarıyev: Təbiət də çalışanların tərəfindədirMirqiyas Sarıyev: Təbiət də çalışanların tərəfindədir
Son zamanlar kənd təsərrüfatına artan maraq gənc və uğurlu iş adamı Mirqiyas Sarıyevin də seçimində xüsusi rol oynadı. Belə ki, 300 ha ərazidə pambıq əkini ilə başlayan sahibkar bu mövsüm sərhədləri genişləndirərək 400 ha ərazidə taxıl becərməklə məşğuldur.
- Gənc sahibkar olaraq biznesin və ya yaradıcılığın digər sahələrinə yox, məhz fermerliyə, əkin-biçinə xüsusi marağın yaranma səbəbi nədir?
- Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutan taxılçılıq gənc sahibkar kimi nəzərimdən yayına bilməzdi. Ölkə başçısı cənab İlham Əliyevin gənclərə verdiyi stimul, göstərdiyi etimaddan yararlanaraq, bir azərbaycanlı kimi enerji dolu çağımı faydalı və perspektivli sahəyə yönəltmək gələcəyə atılan ən düzgün addımdır.
Bundan başqa, taxıl bitkiləri digər bitkilər üçün yaxşı sələf hesab olunur. Çünki taxıl əkilən il ona verilən üzvi və mineral gübrələr torpağın münbitliyini artırır. Taxıl biçilib yığıldıqdan sonra onun yerinə növbəti il əkilən bitkidən daha yaxşı məhsul götürmək olur. Taxılın investisiya baxımdan həm gəlirli, həm də faydalı bitki olması artıq sahibkarı əkinçiliyin digər sahələri ilə maraqlanmasına da şərait yaradır.
- A.K.Timiryazevin "Çörək insan zəkasının ən böyük kəşfidir" fikri ilə razılaşmaya bilmərik. Bəs bu kəşfin özünün bu gün yeni kəşflərə, müasir texnologiya, yeni yanaşmaya ehtiyacı var, yoxsa klassik üsullar ən optimalıdır?
- Məhz buna görə biz gənclər aqrar sahəyə xüsusi maraq göstəririk. Bəllidir ki, nəticə azacıq özünü gözlədəcək. Amma ilk işıltılar göz önündədir. Azərbaycanda əkinçiliyin inkişafı qədim tarixə malikdir. Dünyanın bir çox ölkələrində olduğu kimi, respublikamızda da taxılçılıq insanların əsas məşğuliyyət növlərindən biri hesab olunub, bu gün də aktuallığını qorumaqdadır.
Respublika ərazisinin müxtəlif torpaq tiplərinə malik olmasına baxmayaraq, ədəbiyyat məlumatlarına görə, buğdanın dünyada yayılmış 22 növündən 15-nə respublikamızda rast gəlinir. Bu sahə mənim üçün yenidir. Təbii ki, inkişaf üçün klassik üsulları öyrənmək, innovativ yeniliklər və xarici təcrübələrdən yararlanmaq mütləqdir.
- İnkişaf üçün klassik üsulları öyrənib, yenilikləri tətbiq etmək kifayətdir? Bəs SWOT təhlil?
- Təbii ki, elmi yanaşma, araşdırma, risklər, güclü və zəif cəhətləri nəzərə almaq istənilən sahədə önəmlidir. Amma bu torpaqdır! Təbiətdən, fəzadan və şansdan daha asılı sahədir əkinçilik. Əkin-biçin və realizə strategiyası mükəmməl hazırlansa belə, sadə iqlim kaprizi bütün zəhməti hədər edə bilər.
Sevindirici haldır ki, bu il, ümumiyyətlə, aqrar sahədə müsbət inkişaf dinamikası davam edib. İlin ilk altı ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə, kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən, bitkiçilik məhsullarının istehsalı 25,6 faiz artıb. Bu isə o deməkdir ki, təbiət də çalışanların tərəfindədir.
101.az /oxu.az

Sosial       Tarix: 13 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az ensonxeberler cəbhədən son xəbər valyuta məzənnələri