Mixail Qusman: "Bu, Heydər Əliyevin tarixi addımı idi" – MÜSAHİBƏ

Mixail Qusman: "Bu, Heydər Əliyevin tarixi addımı idi" – MÜSAHİBƏMixail Qusman: "Bu, Heydər Əliyevin tarixi addımı idi" – MÜSAHİBƏ
Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla söhbət edib. Müsahibədə 9 May - İkinci Dünya Müharibəsində Qələbə günü mövzusuna toxunulub.
Bu gün ümummilli lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır, çünki Azərbaycanda Qələbə gününün qeyd olunması əvvəllər "Xalq Cəbhəsi" rejimi tərəfindən qoyulmuş qadağanı ləğv edən Heydər Əliyevin əməyidir.
Mixail Qusman: "Bu, Heydər Əliyevin tarixi addımı idi" – MÜSAHİBƏMedia.Az-ın söhbət etdiyi Mixail Qusman qeyd edir ki, ötən hər il Heydər Əliyev getdikcə daha monumental və şübhəsiz ki, tarixi şəxsiyyət kimi görünür:
"Əgər bugünkü Azərbaycan haqqında danışsaq, ölkənin inkişafının strateji yollarını əvvəlcədən məhz o, müəyyənləşdirib. Müstəqil Azərbaycanın mövcudluğu faktını təmin edib".
"Əvvəlki hökuməti – "Xalq Cəbhəsi"ni xatırlatdınız. Bu, mənim fikrimcə, Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biridir. Ölkə nəticədə iqtisadi, sosial və siyasi fəlakət astanasında qaldı. Xalq Cəbhəsinin hakimiyyəti nəticəsində müasir dünyada öz yeri olan müstəqil Azərbaycanın mövcudluğu təhlükə altına düşdü. Mən bir dəfə demişəm və təkrar edirəm ki, Heydər Əlirza oğlu Əliyevi Azərbaycanın xilaskarı hesab edirəm", - deyə həmsöhbətimiz vurğulayıb.
Mixail Qusman əmindir ki, yalnız Heydər Əliyevin siyasi iradəsi, ona inanan insanlara dəstəyi həmin çətin şəraitdə ölkənin yaşamasına imkan verdi.
"Həmin dövrün siyasi və ya iqtisadi qərarlarından bəhs edərkən, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi qərarını və bir çox başqa məsələləri xatırlayırıq. Tamamilə haqlı olaraq qeyd etdiniz ki, Qələbə gününün bayram təqviminə qaytarılması barədə qərar verildi. Sadə bir qərar kimi görünür. Ancaq bu qərar birləşdirici oldu. Heydər Əliyev faşizm üzərində böyük qələbədə Azərbaycanın, xalqın rolunu və yerini vurğuladı. Bütün yanacaq-sürtkü materiallarının, ordu üçün yanacağın 80 faizdən çoxunun Azərbaycandan gətirildiyini xatırlamaq kifayətdir", - deyə Mixail Qusman qeyd edib.
"Demişəm və durmadan təkrarlayacağam, təəssüf ki, "Arxa cəbhə qəhrəmanı şəhər" kimi fəxri ad mövcud deyil. Mənim fikrimcə, bu tamamilə Bakıya, məsələn, 130-dan çox hərbi hospitalın olduğu Daşkəndə də aiddir. Orada 1,5 milyon Qızıl Ordu əsgəri sağlamlığını bərpa edib, cəbhəyə qayıda bildi. Ancaq Bakıya qayıtsaq, deyərəm ki, Azərbaycanın qəhrəmancasına əməyi barədə inamla danışa bilərik. Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəni azaltmaq sadəcə, mümkün deyil", - deyə Mixail Qusman bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Prezident İlham Əliyevdən aldığı müsahibədə Azərbaycan dövlətinin rəhbəri tamamilə ədalətli şəkildə tarixi saxtalaşdırmağa çalışanların nifrətə layiq olduğunu söyləyib:
"Mən Heydər Əliyevin Qələbə gününü bayram təqviminə qaytarmaq barədə qərarını bir daha xatırladıram. Bu, Heydər Əliyevin tarixi addımı idi. Onun üçün əsas olan xalqın etimadı idi".

Siyasi       Tarix: 11 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər xeber dunyada son xeberler son xeberler azerbaycan