Moda agentliyi ilə 97 yaşında müqavilə bağlayan qadın vəfat edib - FOTO
Moda agentliyi ilə 97 yaşında müqavilə bağlayan qadın vəfat edib - FOTO
Dünyanın ən tanınmış interyer dizaynerlərindən biri və moda ikonu Ayris Apfel 102 yaşında vəfat edib.
Bu barədə onun nümayəndəsi Styu Loeser bildirib.
Onun sözlərinə görə, Apfel Florida ştatının Palm-Biç şəhərindəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Ayrisin sahibi olduğu "Old World Weavers" tekstil şirkətinin Ağ Evlə, o cümlədən ABŞ-nin doqquz prezidenti ilə - Harri Trumen, Devid Eyzenhauer, Con Kennedi, Lindon Conson, Riçard Nikson, Cerald Ford, Cimmi Karter, Ronald Reyqan və Bill Klintonla müqavilələri olub.
Modelyer, həmçinin, ekstravaqant geyim tərzi ilə tanınıb. Qarderobunun əsasını iri dəyirmi eynəklər, iri muncuqlar, parlaq parçalar təşkil edən modelyer baxılmaq üçün deyil, özü üçün geyindiyini deyirdi:
"Başqalarına bənzəmədikdə başqaları kimi düşünməyə də ehtiyac yoxdur", - deyə o vurğulayıb.
Qeyd edək ki, Ayris 97 yaşında moda agentliyi ilə müqavilə bağlayan azsaylı müasir modellərdən biri olub.




Mənbə: RBK / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR