Moda aləminin zənginləri – TOP 10

Moda aləminin zənginləri – TOP 10Moda aləminin zənginləri – TOP 10
Moda sənayesi 2,5 trilyon dollar səviyyəsində qiymətləndirilir və onun dizaynerlərdən tutmuş şirkətlərin icraçı direktorlarına qədər aparıcı oyunçuları  planetin ən zəngin adamlarının siyahılarına müntəzəm olaraq daxil edilirlər.
Beləliklə, moda industriyasının 10 ən zəngin nümayəndəsini təqdim edirik:
10. Corc Armani
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 11 mlrd dollar
Corc Armani italiyalı modelyer və sahibkar, "Armani" şirkətinin təsisçisidir. O, həmçinin İtaliyanın ən zəngin insanlarından biridir.
Corc Armani kolleksiyasını ilk dəfə öz adı ilə 1974-cü ildə təqdim edib. 1980-1981-ci illərdə "Giorgio Armani USA", "Emporio Arman"i və "Armani Jeans" bölmələri yaradılıb.
O, 1989-cu ildə Londonda öz mağazalarını açıb. 2005-ci ildə "Armani Prive" kutyurundan öz geyim xəttini işə salıb.
9. Henrix Dayhmann
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 11,5 mlrd dollar
Hazırda "Deichmann" şirkəti 24 ölkədə 3500 mağaza ilə təmsil olunur və təxminən 35 min nəfərin məşğulluğunu təmin edir.
Henrix Dayhmannın əcdadları 1913-cü ildə Almaniyanın qərb hissəsində yerləşən Essen şəhərciyində kiçik ayaqqabı emalatxanasını açıblar.
O andan etibarən ailənin uzun, artıq bir əsrdən artıq tarixi olan ayaqqabı biznesi başlayıb.
8. Alen və Jerar Verthaymer
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 16,6 mlrd dollar
Fransız iş adamı Alen Verthaymer qardaşı Jerar ilə birlikdə "Chanel" evinin səhm paketinə malikdir, o eləcə də "Balle & Ross"un da investorudur.
Verthaymer qardaşlarının mülkiyyətinə "Château Rauzan-Ségla in Margaux" və "Château Canon in Saint-Emilion"un üzüm bağları da daxildir.
7. Stefan Persson
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 18,8 mlrd dollar
Stefan Persson isveçli sahibkar, atası Erlinq Persson tərəfindən təsis edilmiş H&M şirkətinin İdarə Heyətinin sədri və ən böyük səhmdarıdır.
1970-ci illərdə atası gənc Stefana birincisi Böyük Britaniyada açılmış xarici mağazaların strategiyasının inkişaf etdirilməsini etibar etdi.
1982-ci ildən Stefan firmaya rəhbərlik edib və onun fəaliyyətini xeyli genişləndirərək, H&M-i dünyanın ən iri riteylerlərindən birinə çevirib.
6. Leonardo del Vekkio
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 24,7 mlrd dollar
O,  tibb, günəş və idman eynəklərinin ən böyük istehsalçılarından biridir.
Ən çox tirajlanan markaların aksesuarları da daxil olmaqla, dünyada eynəklərin dörddən üçü onun "Luxottica Group" korporasiyasının zavodlarında istehsal olunur.
2017-ci ildən etibarən şirkət "Essilor" linzalarının istehsalçısı ilə əməkdaşlıq etməyə başlayıb.
5. Tadasi Yanai
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 29,8 mlrd dollar
Tadasi Yanai Yaponiyanın "Uniqlo" gündəlik paltarları markasının əsasını qoyan milyarder,  iş adamıdır.
Bu gün ticarət şəbəkəsi bütün dünyada yayılıb və milyardlarla dövriyyəsi var
4. Fransua Pino
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 35,1 mlrd dollar
Fransalı sahibkar Fransua Pino lüks əşyaların istehsalı və satışı sənayesinə investisiya edirdi. 1994-cü ildə "Pinault" və "Redoute" birləşir və "Pinault-Printemps-Redoute" konserni yaranır (2005-ci ildən PPR).
Milyonçu "Yves Saint", "Bottega Veneta", Parisin "Printemps"  ticarət mərkəzi, "Conforama" mebel şirkəti və "fnac" ticarət şəbəkəsini alıb.
1999-cu ildə Pino  "Gucci" moda evi uğrunda mübarizədə Arno ilə rəqabət aparmalı oldu. 2004-cü ildə isə məşhur moda evi tamamilə PPR-ın tərkibinə keçdi.
3. Fil Nаyt
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 38,5 mlrd dollar
Amerikalı iş adamı Fil Nayt  "Nike" şirkətinin təsisçilərindən biridir. O, partnyoru ilə birlikdə "Blue Ribbon Sports" müəssisəsini yaradıb ki, bu da sonradan "Nike"a çevrilib.
2. Amansio Orteqa
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 70,7 mlrd dollar
Amansio Orteqa ispaniyalı sahibkar, milyarder, "Inditex"in təsisçisi (keçmiş həyat yoldaşı Rosaliya Mera ilə birlikdə) və sabiq prezidentidir; Şirkət özündə 88 ölkədə yerləşən 6750 mağazanı ehtiva edir.
Bundan başqa, Orteqa Florida, Madrid, London və Lissabonda daşınmaz əmlak, qaz sənayesi, turizm və banklara sərmayə yatırıb. Futbol liqasında  paya malikdir.
Xaricdə ilk "Zara" mağazası 1988-ci ildə Portuqaliyanın  Portu şəhərində açıldı.
İlk mağaza açıldıqdan 10 il sonra Orteqa "Industria de Diseno Textil Sociedad Anonima" (Inditex) istehsal və ticarət holdinqini  yaradıb.
1. Bernar Arno
Moda aləminin zənginləri – TOP 10Sərvəti: 105,6 mlrd dollar
Fransalı iş adamı Bernar Arno "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti, planetin ən zəngin adamlarından biridir.
2012-ci ildə biznesmen Belçika vətəndaşlığı almaq üçün müraciət edib. Arno belə bir addımı Belçikada daha çox sərmayə yatırmaq üçün etdiyini bildirsə də, çoxları hesab edir ki, iş adam bunuı sadəcə vergidən yayınmaq üçün edir. Belə ki, həmin ərəfədə Fransa prezidenti Fransua Olland gəliri ildə milyon avrodan çox olan şəxslər üçün 75%-lik vergi tətbiq edilməsi ilə bağlı qərar vermişdi.

Maraqlı       Tarix: 15 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər son xeberler azerbaycan novruz bayramı azerbaycanda son xeberler