Moskva meri "Azərbaycan" pavilyonunun açılışından yazıb - FOTO
Moskva meri "Azərbaycan" pavilyonunun açılışından yazıb - FOTO
Rusiya paytaxtının meri Sergey Sobyanin özünün "Twitter" səhifəsində Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonun açılışından yazıb.
AZƏRTAC xəbər verir ki, Moskva meri "Azərbaycan" pavilyonunun yenidən qurulması üçün böyük işlər görüldüyünü bildirib.
Vurğulayıb ki, gənc moskvalılar pavilyonu heç zaman belə görməyiblər. 1939-cu ildə inşa edilmiş binanın gözəlliyi və milli üslubda dekoru ilə ziyarətçiləri heyran qoyduğunu yazan S.Sobyanin 1960-cı ildə pavilyonun fasadının örtüldüyünü və binanın görünüşünün tamamilə dəyişdiyini qeyd edir.
"Lakin bərpa işləri başlananda, ustalar panellər altında qalmış pavilyonun gözəlliyinə heyran oldular", - deyə mer bildirib.
Moskva meri yazır ki, yenidənqurma işləri zamanı mozaika, tarixi fənərlər və plafonlar, tavanın naxışları, rəngli şüşələrdən ibarət unikal vitrajlar bərpa edilib. S.Sobyanin "Çoban" və "Azərbaycan qadını" heykəllərinin Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan tökmələr əsasında bərpa olunduğunu da qeyd edib.


Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı