Moskvanın Ankara ilə bağlı PLANI: Zelenskinin ardından Putinin Lavrovu Türkiyəyə göndərməsi nəyə hesablanıb?

Moskvanın Ankara ilə bağlı PLANI: Zelenskinin ardından Putinin Lavrovu Türkiyəyə göndərməsi nəyə hesablanıb?Dünyada baş verən siyasi hadisələr yeni mərhələyə qədəm qoyub. Ukrayna-Rusiya müharibəsində Kiyevi silahlandıran ABŞ Donald Trampın prezident seçilməsindən sonra istiqamətini dəyişib. Amerika Ukraynanı döyüş meydanında tək qoyaraq Rusiya ilə anlaşmaya gedir. Əslində, Trampın Ukraynanı yarı yolda buraxmasının bəzi pərdəarxası məqamları var. Üstəlik, Zelenski də ABŞ-a daha bel bağlamır və Türkiyəyə üz tutub. Düzdür, Türkiyəin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi fərqlidir. Ankara iki ölkə arasında müharibəyə son qoymaq üçün vasitəçi olmağa üstünlük verir. Zelenskinin Türkiyəyə səfəri başa çatar-çatmaz Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya səfərə hazırlaşır. Məlumata görə Lavrov fevralın 24-də Ankarada Türkiyə prezidenti Ərdoğanla görüşəcək.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, Zelenskinin səfərindən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə getməsi önəmli və vacibdir:
Moskvanın Ankara ilə bağlı PLANI: Zelenskinin ardından Putinin Lavrovu Türkiyəyə göndərməsi nəyə hesablanıb?"Çox güman ki, Lavrovun səfərində Ukrayna ilə barış mövzusu müzakirə ediləcək. Rusiya ilə Ukrayna arasında hansı müqavilənin imzalanması ehtimalları ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda təkcə bu məsələyə fokuslanmayacağı ehtimalı var. Çünki Rusiya ilə Türkiyə müxtəlif platformalarda, fərqli məsələlərlə bağlı dərin əməkdaşlıq meyarlarına malik olan ölkələrdir. Və iki ölkənin istər Akkuyuda, istərsə də digər layihələrdə ortaq yatırımları, sərmayələri mövcuddur. Amma Zelenskinin təbii ki, Türkiyəyə səfər etməsi, həmçinin Putinin bu səfərin arxasınca Lavrovu Ankaraya göndərməsi, Türkiyənin Rusiya-Ukrayna danışıqlarında oynaya biləcəyi pozitiv rola və moderatorluğa verilən yüksək qiyməti göstərir. Rusiya rəhbərliyi Türkiyənin digər NATO üzvlərindən fərqli olaraq Rusiya-Ukrayna danışıqlarında obyektiv və ədalətli vasitəçi qismində iştirak etdiyini söyləyib. Bu gün də biz həmin tendensiyanın davamını müşahidə edirik. Rusiya anlayır ki, Türkiyə doğurudan da Rusiya-Ukrayna arasındakı danışıqlarda uğurlu bir ev sahibi ola bilər. Daha əvvəl Türkiyə prezidenti Ərdoğan Zelenski ilə görüşdə Türkiyənin ABŞ-ın Rusiya-Ukrayna arasında danışıqda ev sahibliyi edə biləcəyini söyləmişdi. Bunun üçün İstanbulu ən uyğun şəhər kimi dəyərləndirmişdi. Hər halda Lavrovun Zelenskidən sonra Türkiyəyə səfəri Ankaranın vasitəçilik missiyası ətrafında müzakirələr aparılacağı ehtimalını artırır".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 21 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun son xeber.az en son xeberler cəbhədən son xəbərlər