Moskvanın günahkarları cəzalandırmaqdan yayınmasının bir neçə fundamental səbəbi var' - Deputat

Moskvanın günahkarları cəzalandırmaqdan yayınmasının bir neçə fundamental səbəbi var' - Deputat"Bu gün Azərbaycan təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasının ildönümüdür. 38 insanın həyatına son qoyan, 29 nəfəri yaralayan bu faciə, eyni zamanda Azərbaycan–Rusiya münasibətlərində illərdir yığılıb qalmış ziddiyyətləri açıq müstəviyə çıxaran siyasi hadisə kimi də nəzərdən keçirilə bilər. Hadisənin yaratdığı sarsıntı bir ilin tamamında da öz aktuallığını itirməyib. Əksinə, Moskvanın davranışı bu faciəni hüquqi və mənəvi müstəvidən çıxarıb strateji etimad böhranına çevirib".
Bu sözləri azxeber.com-a açılamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının birinci ildönümü ilə bağlı danışarkən deyib.
O, Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa söykəndiyini deyib:
"Azərbaycanın mövqeyi ilk gündən aydındır və beynəlxalq hüquqa söykənir. Rusiya üzr istəməli, kompensasiya ödəməli və günahkarları cəzalandırmalıdır. Bu, emosional yox, hüquqi və siyasi baxımdan tam məntiqli tələblərdir. Lakin rəsmi Moskva bir il ərzində bu tələblərin heç birini yerinə yetirməyib".
Deputat bildirib ki, Moskvanın kompensasiya ödəməkdən və günahkarları cəzalandırmaqdan yayınmasının bir neçə fundamental səbəbi var.
"Maraqlıdır, Rusiya niyə məsuliyyətdən yayınır? Rusiya Federasiyasının bu məsələdəki davranışı təsadüfi deyil. Moskvanın kompensasiya ödəməkdən və günahkarları cəzalandırmaqdan yayınmasının bir neçə fundamental səbəbi var.
Bunlardan birincisi, presedent qorxusudur. Rusiya bu hadisəyə görə üzərinə tam məsuliyyət götürərsə, bu, postsovet məkanında və daha geniş coğrafiyada analoji hadisələr üçün hüquqi presedent yaradacaq. Kreml üçün bu, "toxunulmaz güc" mifinin sarsılması deməkdir.
İkincisi, imperialist təfəkkürdür. Rusiya hələ də postsovet ölkələrinin əhəmiyyətli hissəsinə bərabərhüquqlu tərəfdaş kimi deyil, təsir dairəsinin subyekti kimi baxır. Bu baxış bucağında üzr istəmək və kompensasiya ödəmək "söz sahibi" üçün psixoloji və siyasi zəiflik əlaməti sayılır.
Üçüncüsü, daxili siyasi faktorlardır. Günahkarların cəzalandırılması Rusiya hava hücumundan müdafiə sistemlərindəki struktur problemləri, qərarvermə mexanizmlərindəki xaosu və məsuliyyətsizliyi üzə çıxara bilər. Bu isə müharibə şəraitində olan və qlobal məsuliyyət anlayışından bixəbər bir ölkə üçün arzuolunan deyil.
Vladimir Putinin hadisədən dərhal sonra "təəssüf" ifadə etməsi, lakin üzr istəməməsi, oktyabrın 9-da Düşənbədə Prezident İlham Əliyevlə görüşdə faktı etiraf edib "lazımi tədbirlərin görüləcəyini" deməsi, amma bu tədbirlərin bir il ərzində görünməməsi Kremlin klassik taktikasıdır. Moskva vaxt uzatmaq, mövzunu gündəmdən çıxarmaq və məsuliyyəti amorf və qeyri-müəyyən bəyanatların arxasında gizlətmək istəyir.
Bu faciə Azərbaycan–Rusiya münasibətlərində lakmus kağızı çevrilib. Hadisə göstərdi ki, Moskva praktikada hələ də vertikal münasibət modelini üstün tutur. Yəni qərar verən, müəyyən edən və nəticələrə görə real məsuliyyət daşımayan tərəf olmaq istəyir.
Azərbaycan isə artıq bu modeldə yer almaq niyyətində deyil. Azərbaycanın istədiyi münasibət forması bərabərhüquqlu, horizontal və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıqdır. Rəsmi Bakı üçün bu, emosional seçim yox, dövlət suverenliyindən və müstəqil siyasi xəttindən irəli gələn strateji zərurətdir.
Məhz bu nöqtədə tərəflər arasında baxış fərqi üzə çıxır. Rusiya üçün bu hadisə "texniki səhv" və "qapalı məsələ", Azərbaycan üçün isə dövlət ləyaqəti, vətəndaşlarının həyatı və beynəlxalq hüququn tətbiqi məsələsidir.
Bir il ərzində Azərbaycan–Rusiya münasibətlərində gərginliyin pik nöqtələrini gördük. Hazırda həmin pik nöqtədə deyilik, lakin bu, problemin aradan qalxdığı anlamına gəlmir. Sadəcə, münasibətlər daha soyuq, daha ehtiyatlı və daha rasional fazaya keçib.
Bundan sonrakı inkişaf üç ssenari üzrə mümkündür. Bunlardan birincisi "status-kvo" ssenarisidir. Yəni Rusiya məsuliyyətdən yayınmağa davam edəcək, münasibətlər formal çərçivədə saxlanılacaq, lakin strateji etimad bərpa olunmayacaq.
İkincisi məhdud korrektə ssenarisidir. Bu halda Moskva gecikmiş də olsa müəyyən simvolik addımlar atacaq, amma bu addımlar tam hüquqi və siyasi məsuliyyət səviyyəsinə çatmayacaq.
Üçüncüsü isə kəskin yenidənformatlama ssenarisidir. Bu ssenariyə əsasən, Azərbaycan öz çoxvektorlu siyasətini daha da dərinləşdirə, Rusiyanın regiona təsir imkanları tədricən tamamilə daralda bilər.
Reallıq göstərir ki, üçüncü ssenari getdikcə daha real görünür.
Bu gün Rusiyanın diqqəti və resursları Ukrayna müharibəsinə yönəlib. Məhz bu səbəbdən Moskvanın postsovet məkanında manevr imkanları məhdudlaşıb. Lakin sual yaranır, müharibə dayanarsa nə baş verəcək?
Avropalıların qorxduğu kimi Rusiya bütün gücü ilə Qərbə yönəlməyə bilər. Daha real ssenari Kremlin diqqətini Mərkəzi Asiya və Cənubi Qafqaza yönəltməsidir. Bu isə Moskvanın "köhnə təsir zonalarını" yenidən sərtləşdirməyə çalışması demək ola bilər.
Ancaq burada bir mühüm fərq var. Bu region artıq 1990-cı illərin postsovet məkanı deyil. Azərbaycan kimi ölkələr siyasi, hərbi və diplomatik baxımdan tamamilə fərqli çəkidədir.
Rusiya təyyarə hadisəsinə görə kompensasiya ödəmədikcə və günahkarları cəzalandırmadıqca, məsələ bağlanmayacaq. Bu, nə unudulacaq, nə də "təəssüf" ifadələri ilə aradan qalxacaq.
Bu hadisə Azərbaycan–Rusiya münasibətlərində dönüş nöqtəsidir. Moskva ya postsovet ölkələrinə yanaşma tərzini dəyişməli, ya da bu ölkələrin ondan uzaqlaşması ilə barışmalı olacaq. Azərbaycan isə artıq öz seçimini edib: suverenlik, bərabərhüquqlu münasibətlər və milli maraqlar.
Bir ilin sükutu əslində çox şey deyir. Və bu sükut, Moskvanın cavabsız qalan sualları qədər, Bakının gələcək addımlarını da müəyyənləşdirir.

Siyasi       Tarix: 26 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 xeberler bu qun bu gune olan xeberler havanın temperaturu