Müharibədə İran qalib gələcək, yoxsa ABŞ - MARAQLI PROQNOZ
"İranın ABŞ kimi qlobal hərbi gücə qarşı klassik mənada – yəni açıq və genişmiqyaslı hərbi qarşıdurmada qalib gəlməsi real ssenari hesab olunmur. ABŞ həm hərbi texnologiya, həm hava-dəniz üstünlüyü, həm də qlobal logistika imkanları baxımından dünyada ən güclü ordulardan birinə malikdir. Bu baxımdan birbaşa müharibədə İranın hərbi üstünlük əldə etməsi çox çətin görünür".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
"Lakin müasir müharibələr yalnız klassik hərbi qələbə anlayışı ilə ölçülmür. İran regionda qeyri-asimmetrik müharibə strategiyasına, proksi qüvvələrə (məsələn, müxtəlif region ölkələrindəki silahlı qruplar), raket və dron imkanlarına, həmçinin Hörmüz boğazı kimi strateji keçidlər üzərində təsir imkanına sahibdir. Bu faktorlar ABŞ üçün müharibənin qiymətini və risklərini ciddi şəkildə artıra bilər".
Politoloq qeyd edir ki, İranın müəyyən mənada "strateji üstünlük" əldə etməsi yalnız müharibənin uzunmüddətli və aşındırıcı xarakter alması, regionda geniş koalisiya münaqişəsinin yaranması və ABŞ-ın daxili siyasi və iqtisadi təzyiqlərlə üzləşməsi halında mümkün ola bilər.
"Tarix göstərir ki, bəzən hərbi baxımdan zəif görünən dövlətlər uzunmüddətli müqavimət strategiyası ilə daha güclü rəqiblərini siyasi nəticə baxımından geri çəkilməyə məcbur edə bilirlər. Buna görə də İranın ABŞ üzərində klassik hərbi qələbəsi ehtimalı aşağı olsa da, uzunmüddətli qeyri-asimmetrik qarşıdurmada Vaşinqton üçün ciddi strateji problemlər yaratmaq potensialı nəzəri olaraq mövcuddur".
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test