Müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edilir
Müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edilir
Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir.
Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında İnşaat Norma və Qaydalarının tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Urmiyalı gözəl 75 yaşında öldürüldü
Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda
Tanınmış musiqiçi qəzada həlak oldu - FOTO
Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi
Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Coratda 2 nəfər dənizdə batdı, biri qadındı
Qəzalar və "qaymaqlar": 5 il həbs aldı, amma... - ARAŞDIRMA
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
"Fənərbaxça" Natan Akeni transfer edib