Müğənninin eyni gündə konsertində səsi batdı, barda dava saldı, pərəstişkarının burnunu sındırdı - FOTO/VİDEO
Müğənninin eyni gündə konsertində səsi batdı, barda dava saldı, pərəstişkarının burnunu sındırdı - FOTO/VİDEO
Yubileyi münasibəti ilə keçirdiyi konsertdə mikrofonu yerə çırparaq səhnəni tərk edən məşhur rusiyalı müğənni Qriqori Lepsin "uğurlu günü" bununla bitməyib. Belə ki, həmin axşam barda komanda yoldaşları ilə istirahət edən Leps inadkar pərəstişkarı ilə dava edib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, barda müştərilərdən biri ona yaxınlaşaraq şəkil çəkdirmək istədiyini deyib. İfaçı ona kobud şəkildə cavab verib, mühafizəçilər isə həmin şəxsi bardan çıxarıblar. Görünür bu, kişinin xoşuna gəlməyib və ifaçını, həmçinin yoldaşlarını söyüb. Bundan sonra dava başlayıb.
Dava zamanı peterburqlu kişinin burnu qırılıb və müxtəlif travmalar alıb. Müğənninin və yoldaşlarının xəsarətləri barədə məlumat verilmir.
Hadisə nəticəsində heç kim saxlanılmasa da, polis araşdırmalara başlayıb.
Xatırladaq ki, dekabrın 2-də "Ryumka vodki na stole" hitinin ifaçısının 60 illiyi münasibətlə təşkil etdiyi konsertin ortasında səsi batıb. Bundan sonra o, mikrofonu yerə çırpıb, səhnədən çıxıb və bir daha geri qayıtmayıb. Bəzi məlumatlarda onun bu addımına səbəb kimi pərəstişkarı ilə mübahisəsi göstərilib. Bir müddət sonra tamaşaçılar narazı şəkildə zalı tərk ediblər.

Mənbə: Fontanka / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR