Müğənninin xəstə olan atasının pulunu oğurladılar - FHN Modul xəstəxanasında biabırçı olay
Müğənni Nicat Məhərrəmov atasının koronavirusa yoluxduğunu və hazırda FHN-nin modul tipli xəstəxanasına yerləşdirildiyini bildirib.
Azxeber.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi atasının xəstəxanada üzərində olan pullların, bank kartlarının və ev açarlarının oğurlandığını iddia edib. O, FHN-nə müraciət edərək, onun şikayətinə baxılmadığını bildirib:
"Atam insult keçirmişdi, hospitalda yatırdı. Sonra koronavirusa yoluxduğu üçün sentyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirdik. Təəssüf ki, sentyabrın 23-də atamın üzərində olan pul, ev açarları, sənədlər və bank kartları yoxa çıxıb. Həmin xəstəxana qırmızı zona olduğu üçün, heç bir xəstə yaxını girə bilmir. Bunu ya həkim, ya xadimələr, ya da başqa işçilər edib. Xəstəxanada özbaşınalıq olub. Şikayət etmişəm, amma hələ də deyirlər, araşdırma gedir. Atam 41 il orqan işçisi olub. Belə özbaşınalıq, vicdansızlıq olmaz ki, xəstə cibindən əşyaları götürülsün".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?