"Müharibə istəmirsinizsə, kəndləri Azərbaycana qaytarmalıyıq" – Paşinyan Tavuş sakinləri ilə görüşdü
Erməni jurnalist Voskan Sarkisyan Ermənistan baş nazirinin Tavuş sakinləri ilə görüşünün təfərrüatlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, jurnalist görüşlə bağlı təassüratlarını bölüşüb:
"Əgər əvvəllər Nikol Paşinyan Voskeparda isti qarşılanırdısa, bu dəfə onu çox soyuq qarşçıladılar. Paşinyan zala daxil olanda zaldakıların yarısı yerlərindən qalxmağa belə lüzum görmədilər. Mədəniyyət Evində baş tutan görüşdə Voskepar, Bağanis və Voskevan kəndlərinin sakinləri iştirak edirdi. Görüşdə baş nazirin müavini Mher Qriqoryan, Tavuş qubernatoru Hayk Qalumyan, Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan, həmçinin Voskevan, Voskepar və Bağanis icmalarının rəhbərləri də iştirak ediblər".
Jurnalist bildirib ki, iclas iştirakçıları Nikol Paşinyanın sözlərindən hiddətləniblər:
"Paşinyan kənd sakinlərinə bildirib ki, əvvəllər azərbaycanlıların yaşadığı 4 kəndin əraziləri Azərbaycana verilməlidir, əks halda müharibə başlayacaq . "4 kəndin təslim olmasından sonra Azərbaycanın bir daha sərhəddə irəliləməyəcəyinə, müharibəyə başlamayacağına dair hər hansı təminat varmı?" sualına cavab olaraq Nikol Paşinyan heç bir təminatın olmadığını deməklə kifayətlənib".
Paşinyan deyib ki, bu 4 kəndlə bağlı 3 variant var: "Kəmdləri təslim etmək, təslim olmamaq, ya da Azərbaycanla müharibə etmək. Sonuncu halda Türkiyə Azərbaycanın tərəfindən müharibəyə girəcək".
Görüş iştirakçıları hesab edirlər ki, Nikol Paşinyan Türkiyənin adını çəkməklə Voskepar sakinlərini qorxutmağa və kəndlərin təslim edilməli olduğuna inandırmağa çalışıb. Voskepar sakinləri 4 kəndin Azərbaycana verilməsindən sonra Ermənistanla Gürcüstan, İcevan və Noyemberyan arasında nəqliyyatın hərəkətinin pozulacağından narahat olduqlarını, baş nazir isə dağlardan keçən Yenokavan-Cucevan yolunun çəkiləcəyini bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək