Müharibədə ABŞ və İsrailin əsas məqsədi budur - İranı nə gözləyir?

Müharibədə ABŞ və İsrailin əsas məqsədi budur - İranı nə gözləyir?"ABŞ və İsrail baxımından bu müharibə təkcə hərbi qarşıdurma deyil, İran mərkəzli çoxqatlı strateji məqsədləri əhatə edən genişmiqyaslı bir proses kimi qiymətləndirilməlidir". 
Bu sözləri azxeber.com-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.
O deyib ki, savaşın əsas məqsədi Yaxın Şərqdəki strateji və hərbi üstünlüyünü möhkəmləndirməkdir:
"Bu müharibənin əsas hədəflərindən biri İsrailin təhlükəsizliyini tam təmin etmək, onun Yaxın Şərqdəki strateji və hərbi üstünlüyünü möhkəmləndirmək və İsraili regional təhlükəsizlik sisteminin əsas mərkəzinə çevirməkdir. Bu çərçivədə Yaxın Şərq Hava Müdafiə sisteminin qurulması, Körfəz ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması və "İbrahim razılaşma"larının genişləndirilməsi əsas prioritetlərdən hesab olunur. 
Məqsəd İsraili daim təhdid altında olan aktor mövqeyindən çıxarıb, bölgədə təhlükəsizlik arxitekturasını formalaşdıran əsas gücə çevirməkdir".
Ekspert deyib ki, savaşın digər məqsədi İranın regional və qlobal təsir imkanlarını zəiflətməkdir:
"Bu müharibənin digər mühüm istiqaməti İranın regional və qlobal təsir imkanlarını zəiflətməkdir. Burada hədəf yalnız İranın hərbi potensialını məhdudlaşdırmaq deyil, eyni zamanda onun siyasi, ideoloji və strateji təsir mexanizmlərini sarsıtmaqdır. İranın nüvə proqramı, ballistik raket imkanları, kiber potensialı və regiondakı müttəfiq silahlı qruplarla qurduğu təsir şəbəkəsi bu strategiyanın əsas hədəfləri sırasındadır. Eyni zamanda, İran daxilində siyasi parçalanma ehtimalının artırılması və uzunmüddətli perspektivdə onun regional rolunun zəiflədilməsi də nəzərdə tutulan məqsədlər arasında göstərilir. Bununla belə, xarici təzyiqlərin bəzi hallarda əks təsir yaradaraq rejimin daha da möhkəmlənməsinə səbəb ola biləcəyi ehtimalı da istisna edilmir".
O söyləyib ki, Körfəz ölkələrinin İsrailin təhlükəsizlik arxitekturasına inteqrasiyası da əsas məqsədlərdəndir:
"Regional müstəvidə isə məqsəd yeni ittifaq və təhlükəsizlik sisteminin formalaşdırılmasıdır. Körfəz ölkələrinin İsrailin təhlükəsizlik arxitekturasına inteqrasiyası, bölgədə yeni güc balansının yaradılması və Türkiyənin bu sistemdəki rolunun yenidən müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 
Türkiyənin həm NATO üzvü olması, həm Rusiya və İranla əlaqələrinin mövcudluğu, həm də Çin və Körfəz ölkələri ilə iqtisadi əməkdaşlığı onun bu prosesdə əsas geosiyasi aktorlardan biri olduğunu göstərir. Bu baxımdan Türkiyənin müstəqil mövqeyini qoruyub-qoruyamayacağı əsas suallardan biri hesab olunur".
A.Ağar qeyd edib ki, müharibənin digər mühüm aspektlərindən biri nəqliyyat marşrutlarına nəzarətlə bağlıdır:
"Müharibənin digər mühüm aspektlərindən biri enerji və nəqliyyat marşrutlarına nəzarətlə bağlıdır. Hörmüz boğazı, Bəsrə körfəzi, Bab əl-Məndəb boğazı və Qırmızı dəniz kimi strateji əhəmiyyətli bölgələr qlobal enerji tədarükünün əsas arteriyaları hesab olunur. Bu ərazilər üzərində nəzarətin gücləndirilməsi yalnız İranın məhdudlaşdırılması deyil, eyni zamanda Çin kimi böyük iqtisadi güclərin enerji təhlükəsizliyinə təsir göstərmək baxımından da əhəmiyyətlidir. Bu kontekstdə, Rusiya ilə İran arasında mövcud olan strateji əməkdaşlığın zəiflədilməsi də mühüm məqsədlərdən biri kimi qiymətləndirilir".
Ekspert vurğulayıb ki, müharibənin Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutlarını yenidən formalaşdırmaq kimi məqsədləri də mövcuddur:
"İqtisadi baxımdan isə müharibənin enerji və ticarət dəhlizlərini nəzarətdə saxlamaq və Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutlarını yenidən formalaşdırmaq kimi məqsədləri də mövcuddur. Bu, xüsusilə Avropanın enerji təhlükəsizliyi və qlobal enerji bazarındakı balans baxımından uzunmüddətli nəticələr doğura bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 03 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbər.az sonxəbərlər sou xeberler