"Müharibəni dayandıracam" deyən Trampın əsl məqsədi başqa imiş: ABŞ-ın Ukrayna ilə bağlı gizli planı ortaya çıxdı

Dünəndən bütün dünya Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasındakı baş tutan gərgin görüşü müzakirə edir. Ciddi mübahisılər və qarşılıqlı ittihamlarla yadda qalan görüş təkcə Ukrayna tərəfi üçün deyil, bütün dünyaya gözlənilməz olub. ABŞ prezidenti və vitse-prezidentinin Zelenskiyə hücumu birmənalı qarşılanmır. Bütün bunlar Ukraynanı gözləyən çətin günlərə işarədir. Tramp özünü sülhpərvər kimi göstərərək guya Üçüncü Dünya Müharibəsinin başlanmasından narahatlığını ifadə edir. Ümumiyyətlə, Trampın Ukraynaya qarşı siyasi xətti bir qədər qərəzlidir və dünənki görüş də bunu sübut etdi. Üç il il ərzində Ukraynanı silahlandıran ABŞ-ın birdən-birə Kiyevi tək buraxması və fərqli mövqe nümüyiş etdirməsi heç bir siyasi etikaya sığmır. Karyerasını bizneslə başlayan Tramp bütün məsələlərə alverçi təfəkkürü ilə yanaşır və hər bir işdən mənfəət götürmək istəyir. Şəxsi ambisiyalarını hər şeydən üstün tutan hazırkı Amerika prezidenti dünənki görüşdə bunu bir daha sübut etdi. Bilərəkdən jurnalistlər qarşısında şou yaradan biznesmen prezident əslində öz mahiyyətini ortaya qoydu. Hətta emosiyalara qapılıb protokol qaydalarını yaddan çıxaran ABŞ prezidentinin Zelenskini əliylə itələməsi də, ölkə başçısına yaraşan jest deyildi. Bu, bir daha göstərdi ki, Ukraynanın təbii sərvətlərinə fokuslanan Tramp Zelenskinin cavabını əvvəlcədən bildiyi üçün bu hücumu təşkil edib. Ukrayna prezidenti Trampın qarşısına arqumentlər qoymağa çalışsa da ABŞ vitse-prezidentinin məsələyə müdaxiləsi vəziyyəti bir qədər də sərtləşdirib.
Əslində, ABŞ-ı Ukraynadakı müharibə deyil, əldə edəcəyi qazanc maraqlandırır və bu alver adamları dəstək verdikləri ölkənin arxasından qaçmaqla öz mahiyyətlərini bir daha ortaya qoyurlar. Zelenskinin Ağ Evdə təzyiqlərə məruz qalması, Trampın ona hədə-qorxu gəlməsi, bugünkü reallıqdır və dünyada ədalət prinsipinin olmamasından xəbər verir. Üstəlik, dünyanı bölüşdürməyi düşünən bu adamlar üçün Ukrayna çox kiçik məkandır. Ukraynanı cəzalandırmaqla yeni düzən yaratmaq istəyən bir ölkənin "makler" prezidenti işğalçı Rusiya haqqında bir kəlmə də danışmayıb. İki gün əvvəlki çıxışlarının birində Putin haqqında xoş sözlər söyləyən ABŞ prezidenti bununla öz mahiyyətini bir daha ortaya qoyub. Zelenskiylə görüşdən sonra bəyanat yayan Tramp bildirib ki, Ukrayna prezidenti ona qarşı hörmətsizlik edib. Əslində bu bəyanat özündə çox məsələləri ehtiva edir və Ukraynanın bölünməsinə işarədir. Zelenski isə geri çəkilənə oxşamır. Nə qədər təklənsə də, Trampın məkrli planını qəbul etməyəcək. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, Ukrayna dünyanın iki böyük gücünə qarşı mübarizə aparmaq gücündə deyil. Üç ildir bütün resurslarını xərcləyən Kiyev belə vəziyyətə hazır deyildi. Açığı dünyanın ən istedadlı təhlilçisi də bunu ağlının ucundan keçirə bilməzdi. Seçki öncəsi Rusiya-Ukrayna müharibəsinə son qoyacağına söz verən Trampın planları sən demə başqaymış. Məqsəd işğalçıya haqq qazandırmaq və Ukraynaya hədə-qorxu gəlib onun ərazilərini bölməkdir. Böyük ehtimalla Avropa ölkələri də bu məsələyə biganə qalmayacaq və Aİ Ukrayna böhranı ilə bağlı lazımi addımlar atacaq. Ancaq görünən odur ki, ABŞ Ukraynanı küncə sıxıb və Kiyevi tərkisilah etməyə çalışır. Hətta dünənki şoudan sonra qapalı keçən görüş və prezidentlərin birgə mətbuat konfransı da baş tutmayıb. Buna səbəb Zelenskinin görüşü yarımçıq dayandırıb geri dönməsi olub. Bax belə, düynanın nizam-tərəzisini tarazlaya bilməyən ABŞ öz şərtlərini diktə etmək üçün hər cür oyuna gedir. Bu isə təhlükəli oyundur.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 01 mart 2025
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda son xeberler azerbaycan cəbhədən son xəbərlər cebheden xeber