Müharibənin ilk günü rusiyalı iş adamları 39 milyard dollar itirdi
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə ən zəngin rusiyalı iş adamlarının sərvəti 39 milyard dollar azalıb.
"Kasıblayan" milyarderlər siyahısına "LUKoil"in prezidenti Vahid Ələkbərov başçılıq edir. Onun sərvəti bir gündə 6,2 milyard dollar azalaraq 13 milyard dollara düşüb.
Rusiyalılar arasında "Bloomberg" milyarderlər indeksinə başçılıq edən "Nornikel"in prezidenti Vladimir Potanin, təxminən, 3 milyard dollar itirib (sərvəti 26,1 milyard dollar olub). "Severstal"ın Direktorlar Şurasının rəhbəri Aleksey Mordaşovun itkiləri 4,2 milyard dollar (var-dövləti 23 milyard dollara düşüb) təşkil edib.
Bu ilin əvvəlindən V.Ələkbərov və G.Timçenko hər biri 10 milyard dollar və ya sərvətlərinin 40 %-dən çoxunu itiriblər.
"Bloomberg" qeyd edib ki, bu, rusiyalı milyarderlərin ən böyük maliyyə itkisidir. Agentliyin məlumatına görə, rusiyalı milyarderlərin ümumi sərvəti 2021-ci ilin sonunda 375 milyard dollar təşkil edib.
///Report
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR