Müjgan: 'Şou-biznesdə hamıda 'həcidir', məndə rəisdir - VİDEO

Müjgan: 'Şou-biznesdə hamıda 'həcidir', məndə rəisdir - VİDEOazxeber.com-un müsahibi son günlər "Rəisim" Mahnısı ilə populyarlaşan müğənni Müjgan Ayxandır.  

- Müjgan Ayxan özünüzü oxucularımıza təqdim edin...
- 2019-cu ildə fotomodel kimi fəaliyyət göstərmişəm. Bir neçə ildir ki, müğənnilik fəaliyyətinə başlamışam. Bir sözlə hamının tanıdığı Müjgan Ayxan.
- Necə oldu müğənni olmaq qərarına gəldiniz?
- Mən ilk olaraq fotomodel kimi tanındım. Mahnını hobbi olaraq oxumuşam və bu günə qədər heç bir məclisə getməmişəm, oxuduğum heç bir mahnıya görə pul almamışam. Ancaq onu qeyd edim ki, rəis xanımları zəng edib, hər hansı məclisə dəvət etsələr, gedib pulsuz oxuyaram. 
Müjgan: 'Şou-biznesdə hamıda 'həcidir', məndə rəisdir - VİDEO- Reklamdan əldə etdiyiniz gəlir aylıq xərclərinizi qarşılayır?
- Şərhlərdə çox vaxt, "bunlara sponsorluq edən", "pul buraxan kimdir" kimi sözlər yazırlar. Ancaq mən reklamdan qazandığımı yaşayışıma verirəm. Qazandığım özümə kifatət edir, mən bundan razıyam. Hamı bilir ki, 2019-cu ildə evimi də, maşınımı da satmışam. Bu gün heç birini almamışam. Əgər deyildiyi kimi həyatımda rəis olsaydı onların hamısı məndə olardı (gülür).
- Son zamanlar "Rəisim" mahnısı ilə gündəmə gəldiniz. Mahnı necə ərsəyə gəldi?
- Bu mahnı mənə uğur gətidi. Mahnınn tarixçəsinə gəldikdə isə, 2019-cü ildə bir jurnalist mənə sual verdi ki, şou-biznesdə hamının "həci"si var. Sizdə də həcidir? Cavab olaraq bildirdim ki, hər kəsdən fərqli olaraq məndə rəisdir. Ondan sonra adımın yanında rəis adı qaldı. Və bir gün düşündüm ki, hər mövzuda mahnı var, rəislərimiz üçün niyə olmasın? Bu mahnını oxuyanda məhz kim üçünsə deyil, keçmiş və gələcək nəzərdə tutulmayıb. Çünki həyayımda elə biri olmayıb, olsa niyə yalan danışım.
Müjgan: 'Şou-biznesdə hamıda 'həcidir', məndə rəisdir - VİDEO- Deyirlər ki, "Rəis" mahnısı sevgilisi rəis olanlar üçün yazılıb. Bu düzdür?
- Əlbəttə, ailəsi, sevgilisi rəis ola bilən hər kəsə aiddir bu mahnı. Burda qəbahətli bir şey yoxdur ki. Mən bu mahnını rəislər və onların xanımları üçün oxudum. Özəl və gözəl günlərində rəis həyat yoldaşlarına təqdim etməkləri üçün ifa etdim. Bu mahnının özümə heç bir aidiyyatı yoxdur.
Müjgan: 'Şou-biznesdə hamıda 'həcidir', məndə rəisdir - VİDEO- Niyə rəis deyəndə ağıla ilk olaraq hüquq mühafizə orqanlarının əməkdaşları gəlir?
- Çünki, mən bu mahnını polislər üçün ifa etmişəm.
- Mahnının belə səs-küy yaradacağını gözləyirdiniz?
- Bəli gözləyirdim, çünki 2019-cu ildən Müjgan Ayxan adının yanında rəis ifadəsi var idi. Bəlkə də ona görə də bu günə qədər təkəm (gülür). Bilirdim ki, mahnı belə səs-küyə səbəb olacaq.
- Mahnıya görə qiymətli hədiyyə almısınızmı?
- Mahnının mənə verəcəyi ən dəyərli hədiyyə insanların sevgisi, trendə düşməyimdir.
Müjgan: 'Şou-biznesdə hamıda 'həcidir', məndə rəisdir - VİDEO- Klipin çəkilməsində kim sizə dəstək olub?
- Düzünü desəm klipin çəkilməsinə o qədər də çox pul çıxmayıb. Bütün xərcləri özüm qarşılamışam. Gücüm çatan məbləğ idi və ideya da özümə məxsusdur.
- Qarşıdakı planlarınız barədə nə deyə bilərsiniz?
- Qısa zamnda yeni mahnımız işıq üzü görəcək. Bu mahnı tam başqa mövzudadır. Ümid edirəm ki, bu mahnım da hit olacaq. Ancaq "Rəis" mahnısı başqa oldu və həyatımda bir iz qoydu.
- Yeni mahnınız "Rəis" qədər səs-küy yaradacaq?
- Olacaq, ancaq "Rəis" mahnısı mənim üçün özəldir. Həyatımda silinməz iz oldu bu mahnı və mən bunu unutmaram. Bu mahnı mənim uğurumdur.
- Bu mahnınızdan sonra sizin haqqınızda çox sözlər yazıldı, atmacalar atıldı. Bu haqda nə deyə bilərsiniz?
- Mən bu günə qədər heç bir verilişə ödəniş verib çıxmamışam. Sağ olsunlar bəzi verilişlər dəvət edib, gedib iştirak etmişəm. Bu gün verilişlər var ki, zəng edib deyirlər ki, gəl sənə atmaca atanlara cavab ver qalmaqal olsun. Mənim onlara bir cavabım olub ki, Daxili İşlər Nazirliyindən verilən açıqlamadan sonra mən kimə nə cavab verim?
Müjgan: 'Şou-biznesdə hamıda 'həcidir', məndə rəisdir - VİDEO- DİN-dən mahnınız haqda açıqlama verilməsi necə hissdir?
- Mən o açıqlamadan sonra sevincimdən ağladım. Qürur duydum. Polis haqqında bir çox mahnılar oxunub, ancaq heç biri belə nəticə verməmişdi.
- Estetik əməliyyat etdirmisiniz. Və bu yaxınlarda da yeni əməliyyata hazırlaşırsınız. Bu haqda nə deyə bilərsiniz?
- Qadın baxımlı olmalıdır. Varımdı edirəm. Mən gedib kredit maşın alıb, ayın sonu kredit verəcəm deyə özümə baxmaqdan qala bilmərəm. İnşAllah bu yaxınlarda yenə əməliyyata girəcəm. Bədənimlə əlaqəli olacaq əməliyyat. Üzümə toxunmuram, o mənim pasportumdur.
- Şəxsi həyatınızdan danışaq bir az...
- Həyatımda bu rəis mahnısına görə heç kim yoxdur (gülür). Hamı elə bilir ki, həyatımda kimsə var və o şəxs rəisdir. Ancaq elə bir şey yoxdur, hələ ki, subaylıqdır.
- Həyatınızda olacaq şəxsin rəis olmasını istərdiniz?
- Mən polis sistemini çox sevirəm. Onlara xüsusi sevgim var. Düşünürəm kişi olsaydım, ancaq polis olardım.
Günel Hüseynli,
Hüseyn Həsənov 
Müjgan: 'Şou-biznesdə hamıda 'həcidir', məndə rəisdir - VİDEO

Şou Biznes     Baxılıb: 667   Tarix: 25 may 2022
f Paylaş

Oxşar xəbərlər

Ruhumuzu kirlətmədən bir-birimizi qoruyaq

Aparıcı Kamilə Babayeva yeni paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında belə bir paylaşım edib:. "Əsas odur ki, canın sağ olsun" nə qədər bəsit, sadə səslənsə də, elə ən vacibi budur

Ancelina Coli özünü öldürmək üçün "killer" tutub

Məşhur aktrisa Ancelina Coli özünü öldürmək üçün "killer" tutub. xəbər verir ki, Ancelina Coli həmin dövrdə çox ağır emosional vəziyyətdə olub və həyatına son qoymaq barədə düşünüb. Yaxınlarına bunun ağrısını yaşatmama

Kürəkənim evimi satmağa qoymur

"Utanmıram, fəxr edirəm evimlə. Bu evdə uşaq, ütü, yaz otağı var. Amma mən çox xoşbəxtəm. Çünki hər kəsi ətrafımda yığmağı bacarıram. Arzu edirəm ki, övladlarımın balalarının da yanında olum". xəbər verir ki, b

Xanəndələrin bəziləri mahnı oxuya bilmir' - Əməkdar artist

"Bəzi xanəndələr var ki, onlar heç mahnı ifa edə bilmirlər. Hətta təsniflərdə belə əziyyət çəkirlər". xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli deyib. "İncə səhər" verilişində qonaq ola

Oğlumun toyuna Sibel Canı gətirəcəyəm

Əməkdar artist Nüşabə Ələsgərli ona ünvanlanan qısa sualları cavablandırıb. . Axşam.az xəbər verir ki, müğənni "Həmin Zaur" proqramında ən çox pulu nəyə xərclədiyini deyib. . N.Ələsgərli "Ən çox tuma pul xərcləyirəm"

Xərçəng aşkarlanan blogerin müalicəsi üçün pul yığılır

Xəbər verdiyimiz kimi, 1 ay öncə ana olan rusiyalı bloger Lerçekdə xərçəng aşkarlanmışdı. Rusiya mətbuatına istinadən xəbər verir ki, onun dövlət xəstəxanasında kimyaterapiya almağa başladığı bildirilib. Hazırda ev həbsind

"O büdcə ilə belə seriallar ərsəyə gəlirsə, alqışlamaq lazımdır

Əməkdar artist Vəfa Zeynalova seriallarımızla bağlı yazılan tənqidlərdən danışıb. . xəbər verir ki, bu barədə sənətçi "Pərvizə görə"də açıqlama verib. O bildirib ki, bizim layihələrimiz Türkiyədəkilərlə müqayis

Tarkan Dubay və Əbu-Dabi konsertlərini ləğv etmək istəyir

Tarkanın Dubay və Əbu-Dabi konsertləri ləğv oluna bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkan və komandası bölgədəki gərgin müharibə şəraiti səbəbilə 16 və 17 aprel tarixlərində keçirilməsi planlaşdırılan konsertlər

Özümü sevirəm və bədənimə yaxşı baxıram' - Gülay

"Özümü sevirəm və bədənimə yaxşı baxıram, qulluq edirəm". xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib. Konsert verməyə hazırlaşan sənətçinin xarici görünüşündəki dəyişiklik diqqətdən qaçmayıb:. "Özüm


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az son xeber azerbaycanda son xeberler