Murat Lekompte: "Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb" - MÜSAHİBƏ

Murat Lekompte: "Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb" - MÜSAHİBƏMilli.Az Trend-in "SOCAR Turkey" şirkətinin Xarici əlaqələr şöbəsinin rəhbəri Murat Lekompte ilə müsahibəsini təqdim edir:
Trans-Anadolu qaz kəməri (TANAP)
Cənub Qaz Dəhlizinin ən vacib parçası olan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi Türkiyənin şərq-qərb enerji mərkəzi olmaq məqsədinə çatması üçün ehtiyac duyduğu təbii qaz nəqli infrastrukturunun onurğa sütununu təşkil edir.
2018-ci ilin iyunundan etibarən Türkiyəyə qaz nəql edən bu xətt hədəflərimizə uyğunu işini davam etdirir. Belə ki, ticarət əməliyyatlarımızın ikinci ilinin başa çatdığı 30 iyun 2020-ci il tarixinədək Azərbaycandan Türkiyəyə TANAP vasitəsilə nəql olunan qazın həcmi 6 milyard kubmetrə çatdı. Nəqlin həcmi və qiyməti əvvəlcədən müəyyənləşdirilmiş 15 il müddətlik qaz tranzit sazişləri çərçivəsində hər il sabit nəqliyyat gəlirlərinin güvəncə altına alınması ilə əlaqədar olaraq dünyada yaşanan iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb.
STAR neft emalı zavodu
6,3 milyard dollarlıq investisiya ilə həyata keçirdiyimiz və Türkiyənin emal olunmuş neft məhsullar ehtiyacının 25 faizini təkbaşına ödəyən STAR neft emalı zavodu 10 milyon ton xam neft emal etmək gücünə malikdir.
STAR neft emalı zavodunda 2019-cu iin yekunlarına əsasən 3,6 milyon ton dizel, 1,2 milyon ton reaktiv yanacaq, 800 min tona yaxın nafta, 200 min ton mayeləşdirilmiş təbii qaz, 600 min ton reformat və 400 min ton koks istehsal edilib. 2019-cu ildə emal olunan xam neftin həcmi də 7,1 milyon tona çatıb. Zavodumuzun daxili bazarda məhsul satışına başlaması ilə 2019-cu ildə Türkiyədə təxminən 2 milyard dollar həcmində idxalatın qarşısının alındığını da qeyd etmək istərdim.
Petkim-in nafta tələbatını tam şəkildə ödəyən STAR neft emalı zavodu 2020-ci ilə də yaxşı başlamışdı. Amma bütün dünyanı təsiri altına alan COVID-19 pandemiyası ilə əlaqədar bu müddətdə istehsal planlarımızda bəzi dəyişikliklər baş verdi. İnfeksiya ilə əlaqədar aviasiya və logistika sektorları zərər çəkdiyi üçün reaktiv yanacaq tələbi də kəskin azaldı. Qabaqcıl texnologiyaya malik olan zavodumuz əməliyyat çevikliyi sayəsində illik 1,6 milyon reaktiv yanacaq istehsalı gücünü motorinə yönəldərək istehsalı davam etdirdik. STAR neft emalı zavodu olaraq prioritetimiz Petkim-in əsas xam maddəsi olan nafta istehsalını təmin etmək və Türkiyədə daxili bazarın tələblərinə cavab verməkdir. Bu səbəbdən ixracat bizim üçün arxa plana keçib. Yanvar-may aylarında da prioritetimiz yenə daxili bazarın tələbərini təmin etmək istiqamətində olub.
2019-cu ildə uğurlu nəticə göstərən STAR neft emalı zavodu əslində 2020-ci ilə də uğurla başlamışdı. Ancaq martın 11-də Türkiyədə ilk COVID-19 yoluxması qeydə alındıqdan və ardınca baş verən hadisələr STAR neft emalı zavodunun istehsal planlarıın dəyişməsinə səbəb oldu. Pandemiya ilə əlaqədar tətbiq edilın səyahət məhdudiyyətlərinə görə apreldən bəri reaktiv yanacaq tələbində kəskin azalmadan sonra reaktiv yanacaq istehsal gücünü motorinə istehsalına çevirdik. Bu əməliyyatla müəssisəsmiz istehsalı ləngitmədən tam gücü ilə işləməyə davam etdi. Nəticədə 2020-ci ilin ilk beş ayı ərzində STAR neft emalı zavodunda emal edilən xam neftin həcmi 4,3 milyon tona çatdı.
STAR neft emalı zavodu əməliyyat çevikliyini və tədarük gücünü artırmaq üçün başladığımız əlavə investisiyalar davam edir. Əməliyyat çevikliyi və mənfəətliliyi artırmaq üçün 2019-cu ildə əlavə tədarük və boru çəkmə investisiyalarını əhatə edən üç fərqli layihə həyata keçirdik. Bu baxımdan həyata keçirilən iki layihıdın biri olan SOCAR Tədarük terminalı çən genişlətmə layihəsinin açılışını 2019-cu ilin sentyabrında reallaşdırdıq. Digər investisiyamız olan STAR neft emalı zavodu Xam neft və neft məhsulları çənləri layihəsinin də əsasını qoyduq. Yeni investisiyalarla STAR neft emalı zavodunun ümumi məhsul tədarük gücü 2,5 milyon kubmetrə çatacaq.
STAR neft emalı zavodunn ilk dövrlərində emal olunan xam neft əsasən Rusiyadan gətirilib. Daha sonra Yaxın Şərq və Afrika başda olmaqla müxtəlif ölkələrdən xam maddə idxalı başladı. Bu baxımdan STAR neft emalı zavodunun qarşısında çoxlu seçim var. Ən müasir texnologiyaya malik və sutkada 214 min barel xam neft emal etmək gücündə olan STAR neft emalı zavodu 100-dən çox neft çeşidini emal edə bilir. Bu da müəssisəyə böyük çeviklik gətirir. Bundan başqa, inkişaf etdirilən xüsusi modellərlə bazar şərtlərinə uyğun qiymət və keyfiyyətdə xam neft alınaraq emal edilir. Bu baxımdan idxal həyata keçirilən ölkələr və həcmlər modellərə uyğun dəyişir. Təbii ki, hər zaman yeni idxal mənbələri ilə bağlı araşdırmalar da davam edir.
Petkim neft-kimya kompleksi
Türkiyənin ilk və yeganə inteqrə neft-kimyas müəssisəsi olan Petkim 55 illik tarixi ilə Türkiyə iqtisadiyyatı və sənayesi üçün strateji əhəmiyyətə malikdir. 2019-cu ildə neft-kimya sektorunda qeydə alınan azalmaya baxmayaraq 3,4 milyon ton istehsal ilə rekorda imza atan Petkim il ərzində 97,2 faiz göstərici ilə olduqca yüksək istehsal gücündə fəaliyyət göstərib.
2020-ci ilin birinci yarısında isə bütün dünyanı təsiri altına alan COVID-19 pandemiyası ilə əlaqədar bir çox sektorlar üçün çətin müddət olub. Ancaq Petkim 2018-ci ilin son rübündə fəaliyyətə başlayan STAR neft emalı zavodunun təmin etdiyi birlik sayəsində yeni tip koronavirus infeksiyasının ən çox yayıldığı müddətdə belə istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıraraq 788 min tondan 802 min tona çatdırdı.
COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində plastik, tibb və qablaşdırma sənayesi üçün xam maddə tədarükündə vacib rol oynayan Petkim Türkiyədə bu çətin dövrdə ehtiyac yaranan xam maddələrin tədarükünü fasiləsiz davam etdirdi. Türk sənayesinin etibarlı tədarükçüsü olduğunu bir daha göstərən Petkim-in 2020-ci ilin ilk üç ayında satış gəlirləri ötən ilin eyni dövründəkinə yaxın nəticə göstərərək 2,8 milyard lirəsi təşkil edib.
Petkim-i həm Azərbayanın, həm də türkiyənin ən rəqəmsal şirkətinə çevirmə məqsıdilə 2018-ci ildə "rəqəmsallşma prosesi"nə başlamışdı. Petkim-dəki rəqəmsallaşma komandası bu günədək 40-dan çox layihə reallaşdırıb və rəqəmsallaşma proqramı çərçivəsində 20-dən çox aktiv layihə ilə əhəmiyyətli dərəcədə maliyyə təmin olundu. Bu layihələrin hamısı maşın tədqiqatı, süni intellekt, görüntü tanıma, avtomatlaşma kimi texnologiyaların istifadəsi ilə reallaşdı.
Bu vəziyyətdə həyata keçirilən rəqəmsal layihələrlə Petkim məhsuldarlığını, istehsal olunan iş həcmini, enerji məhsuldarlığını və məhsul keyfiyyətini yüksəltdi. Layihələr sayəsində maliyyə, insan resursları kimi sahələrin işlərində də məhsuldarlıq və təkmilləşmələrtəmin olundu. Bu təkmilləşmələr maliyyə vəziyyətinə təsir göstərir. Bu günədək həyata keçirilən rəqəmsallaşma layihələri sayəsində növbəti illərdə Petkim-in təxminən 43 milyon dollar əlavə maliyyə qatqısı əldə edəcəyini proqnozlaşdıra bilərik.
Petkim İstanbul birjasında yer alan, ictimaiyətə açıq şirkət olduğu üçün ilk 5 aylıq istehsal barədə məlumat verməyimiz hələlik mümkün deyil. Amma, ilin ilk üç ayı, yəni yanvar-mart ayları ərzində COVID-19 pandemiyasına baxmayaraq Petkim olduqca uğurla nəticələr göstərib. COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində plastik, tibb və qablaşdırma sənayesi üçün xam maddə tədarükündə vacib rol oynayan Petkim Türkiyənin ehtiyacı olan tibb məhsulları və qablaşdırma xam maddələrinin istehsalını artıraraq tələbləri ödəmək üçün 7 gün 24 saat fasiləsiz işləyib. Digər tərəfdən, iyunun 1-də etibarən normallaşma yönündə atıla addımların təsiri ilə Petkim-dən xam maddə tədarük edən digər sektorların tələblərində də artım müşahidə olundu. Bu da ilin sonundakı gözləntiləri müsbət yönə çevirir.
SOCAR Turkey və BP-nin yeni neft-kimya layihəsi
COVID-19-dan əvvəl, 2019-cu ildə İzmirin Əliağa rayonunda ortaq şirkətlə birlikdə yeni neft-kimya müəssisəsinin tikintisi ilə bağlı layihəmizin olduğunu açıqlamışdıq. Bu müəssisənin işə düşməsi ilə Türkiyənin saf tereftal turşusu idxalı tamamilə sıfırlanacaq və eyni zamanda paraksilen məhsullarında idxal olunan 800 min tonluq məhsulun Türkiyədə istehsalı mümkün olacaq. Bu baxımdan ölkəmizdəki plastik sektorunun xam maddədə idxaldan asılılığının azalması bu investisiya çox vacibdir.
Qrup olaraq planlarımız 2020-ci ildə ərazidə işləri həyata keçirərək əldə olunan nəticələrə əsasən yekun qərar vermək idi. Amma pandemiya ilə əlaqədar əməkdaşlarımızın sağlamlığını qorumaq üçün əraziədki iş planlarında dəyşiklik etmək məcburiyyətində qaldıq və təqvimimizi 2021-ci il olaraq yenilədik.
Milli.Az /news.milli.az

İqtisadiyyat     Baxılıb: 416   Tarix: 11 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

"Bank Respublika"da mikro kreditlər üzrə FAİZLƏR ƏRİDİ

Yay mövsümü – həm istirahət, həm də fürsətlər mövsümüdür! Mövsümi canlanma və artan bazar tələbi fonunda bu dövr yeni layihələrə başlamaq və mövcud biznesi genişləndirmək üçün xüsusilə əlverişlidir. Ölkənin aparıcı banklarında

İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın

Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Birbank bu dəfəmüştərilərinə investisiya dünyasının qapılarını açır. Belə ki, 3 milyondan çoxaktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – BirbankInvest qoşulur

Birbank 'Bahar' lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblə

"Bank of Baku"dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb

Ətraf mühit, Sosial və İdarəetmə (ESİ) prinsiplərini öz fəaliyyətində əsas tutan Bank of Baku "Təbiətə Yaxın Bankçılıq" şüarı altında ekoloji tədbirlərini davam etdirir. Bank 1 iyul tarixində Ekologiya və Təbi

Azerçay" ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir

Doğma çay markamız "Azerçay" Yaponiyanın Osaka şəhərində keçirilən "Osaka, Kansai Ekspo 2025" dünya sərgisində iştirak edir. . Ölkəmizin pavilyonunda yer alan doğma çay markamız Azərbaycan çay mədəniyyətini

18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirildi

Bullinq şagirdlərinpsixoloji sağlamlığını ciddi şəkildə pozan, onların inkişafına mənfi təsir göstərən,özlərinə inamını və sosial bacarıqlarını zədələyən hərəkətlərdir. Bu səbəbdən də bullinqin qarşısını almaq və məktəblərdəsağla

"Veysəloğlu"nun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı" çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən "Qida Təhlükəsizliyi Ayı" çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyəti ilə dəyirmi masa formatında görüş keçirilib. Görü

Samsung' SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görüldü

Samsung Electronics, davamlı texnologiyalar və ekoloji məsuliyyət sahəsində standartları müəyyən etməyə davam edir. xəbər verir ki, şirkətin kvant displeyləri eyni anda iki nüfuzlu beynəlxalq təşkilat — İsveçrənin SGS institut

Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimi baş tutub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılışı keçirilib. xəbər verir ki, açılış mərasimində İtaliya Respublikasının şirkətlər və "Mad


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeberler az son xeber az kriminal xeber