Mütəxəssisdən göz yaşları içində xəbərdarlıq: "18 bölgənin də taleyi Hatay və Maraş kimi olacaq…" - FOTO
Mütəxəssisdən göz yaşları içində xəbərdarlıq: "18 bölgənin də taleyi Hatay və Maraş kimi olacaq…" - FOTO
Türkiyədə fevralın 6-na keçən gecə yaşanan fəlakətdən sonra Bursada baş verən zəlzələ hər kəsin diqqətini yenidən zəlzələ mütəxəssislərinə yönəldib.
Bununla bağlı fikirlərini bildirən türkiyəli mütəxəssis, geoloq Naci Görür 18 bölgə ilə bağlı xəbərdarlıq edib.
"Qırılma xətti üzərində yerləşən bu vilayətlərin taleyi, kədərlənərək deyirəm ki, Maraş və Hatay kimi olacaq", - deyə Naci Görür göz yaşlarını saxlaya bilməyib.
Mütəxəssis, həmçinin qırılma xətti üzərində olan bu bölgələrin adlarını da açıqlayıb. Onun sözlərinə görə, Eskişehir, Denizli, Muğla, Erzincan, Kayseri, Tokat, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Erzurum, Aydın, Balıkəsir, Burdur, Manisa, Hakkari ən çox təhlükə altında olan bölgələrdir.
"Bu bölgələr birbaşa qırılma xətti üzərində yaşayırlar. Onların altındakı qırılma xətləri kifayət qədər güclüdür və hər bir şəhərdə 7 və ya daha çox zəlzələ törətmək iqtidarındadırlar", - deyə o qeyd edib.
"Bu ərazilərdə zəlzələ baş verərsə, zərər və itkilər anormal dərəcədə yüksək olacaq", - deyə Naci Görür əlavə edib.
Geoloq eyni zamanda zəlzələ gecəsi yaşadığı bir hadisədən danışıb və bu zaman göz yaşlarına hakim ola bilməyib.
"Zəlzələnin baş verdiyi gün saat 6 radələrində telefonuma zəng gəldi. Mən telefonumu adətən söndürmürəm. Çünki uyğun olmayan saatda zəng çalınıbsa, ya uşaqlardır, ya da zəlzələ olub deməkdir. Həmin saatda jurnalistlər mənə zəng etmirlər. Oyandım və gördüm ki, "WhatsApp"da kimsə mənə videozəng edir. Gördüm bir xanımdır. Əvvəlcə nə olduğunu tam başa düşmədim. Zəif işıq altında, saçı-başı dağınıq idi. Yaxşı ayırd etmək olmurdu, gördüm yanında da bir qız uşağı var, qızı... "Hocam, bizi xilas et", - dedi. Təsəvvür edin, o səhər mən həqiqətən 4-5 saat ağladım", - deyə Naci Görür təəssüflə qeyd edib.

Mənbə: Haber Global / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR