Mütəxəssisdən qoxu hissi itən insanlara TÖVSİYYƏ
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa koronavirus infeksiyasına yoluxma zamanı qoxu itkisini ev şəraitində bərpa etmək üçün tövsiyələr verib.
KONKRET.az xəbər verir ki, o deyib ki, insan yemək qoxusunu hiss etmirsə, onun burnuna kəskin iyli ətirlər yaxınlaşdırıb iylədilməlidir.
Vəfa Pənahian Mustafa vurğulayıb ki, əgər bu da effekt vermirsə, onda ən təsirli olan üsul, yəni naşatır spirti istifadə olunur:
"İnsanlar bəzən qoxu hissinin itməsi ilə üzləşəndə təşvişə düşürlər. Bu halda bəziləri panikaya düşərək qoxubilmənin pozulmasının dərəcəsini müəyyən etmək məqsədilə tərkibində spirt olan məhlulları normadan artıq istifadə edirlər, bu da burnun kapilyarlarının zədələnməsinə səbəb ola bilər. Sizin onlara tövsiyənizi bilmək istərdik. Belə vəziyyətdə tövsiyəm odur ki, qoxu reseptorları oyatmaq üçün tərkibi müalicəvi otlar olan "Composor 16" və "Sinusol" spreylərindən, ya da el arasında "Vyetnam mazı" adlanan müalicəvi maye balzamdan istifadə etsinlər".
Nazirliyin mütəxəssis-eksperti bildirib ki, ABŞ alimlərinin apardığı elmi-tibbi tədqiqatların nəticəsinə əsasən, qoxu hissi itən insanlara qoxu məşqləri tövsiyə olunur:
"Qoxu məşqləri burun reseptorlarını məşq etməyə və siqnalları oyatmağa kömək edir. Əgər dadbilmə ilə iybilmə funksiyası birlikdə pozulursa, onda burada selikli epitel qişasında, qoxu reseptorlarında zədələnmə mövcuddur. Bu vəziyyətdə bir aylıq vitamin-mineral kompleksinin qəbulu təyin edilə bilər".
Xidmetler [newsid: 0-123300]

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV
Mobil telefona görə imtahana buraxılmayan gənc itkin düşdü
Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?