Mütəxəssislərdən xəbərdarlıq - Yuxusuz qalmaq bu xəstəliklərin yaranmasına səbəb ola bilər

Mütəxəssislərdən xəbərdarlıq - Yuxusuz qalmaq bu xəstəliklərin yaranmasına səbəb ola bilərİnsanlar tez-tez "yuxu rejimim pozulub", "yata bilmirəm" kimi ifadələr işlədirlər. Bəziləri 8-9 saat belə yatsalar da, oyandıqdan sonra özlərini yorğun hiss etdiklərini qeyd edirlər. Görəsən, bunların səbəbləri nədir? Yuxu rejmini necə qaydaya salmaq olar?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran psixoloq Zeynəb Əyyubova bildirdi ki, buna səbəb insanların gecə saatlarında yuxuya etməməsidir:
Mütəxəssislərdən xəbərdarlıq - Yuxusuz qalmaq bu xəstəliklərin yaranmasına səbəb ola bilər"İnsan psixologiyası üçün ən yaxşı vasitələrdən biri də saat 11-dən 5-ə qədər olan yuxudur. Bu müddət ərzində hormonlar tənzimlənir, yorğunluq aradan qalxır. Ümumiyyətlə, digər ölkələrdə də insanların 11-də çarpayıya girmək kimi adəti yoxdur. Pasiyentlərimdən deyirlər ki, çox yatsalar da, yorğunluqdan şikayət edirlər. Dediyim kimi, bunun əsas səbəbi gec yatmalarıdır. Buna görə də yuxu sistemi pozulur. İnsanlar qeyd edilən saatda yatsalar, sözügedən problemlə qarşılaşmazlar".
Onun sözlərinə görə, yuxu pozuntusuna qanda olan problemlər də səbəb ola bilər:
"Yuxu sistemində pozuntuların bir səbəbi də qanda olan vitamin çatışmazlığıdır. Daim stress altında çalışan insanlarda sinir və yuxu pozuntularına rast gəlinir. Normal və sakit yaşam tərzi üçün insanlar yuxu rəjimini qaydaya salmalıdır. Eyni saatda yatıb və oyanmaq şərtdir. Baxın, yuxu insanı ətraf mühitdən ayıraraq öz dünyasına aparır. Beyin rahatlığı üçün bu, olduqca önəmlidir. Şəxs 11-də yuxuya getdikdə serotonin hormonu ifraz olunur ki, bu da bədən üçün vacib elementdir. Bu zaman stress hormono sanki beyindən uzaqlaşır".
Psixoloq Aytən Ələkbərova fikrincə, yuxu pozunluğunu insan sağlamlığına ciddi təsirlər göstərə bilir:
Mütəxəssislərdən xəbərdarlıq - Yuxusuz qalmaq bu xəstəliklərin yaranmasına səbəb ola bilər"Yuxusuz insan daim stress və təşviş içində olur. Xərçəngdən, şəkər xəstəliyindən, sinir pozğunluğundan və s. kimi digər ciddi xəstəliklərdən uzaq olmaq istəyənlər mütləq qeyd etdiyimiz amillərə diqqət yetirməlidirlər. Gecə yuxusuz qalmaq olmaz. Bəzən müşahidə edirik ki, göz altında olan şişkinliklərə görə insanlar böyrəklərindən şikayətlənirlər. Lakin bu, yuxusuzluğun əlamətidir. Bundan başqa, yuxusuzluq həm də yaşlanmaya səbəb olur. Baxın, şou biznes insanlarının gecə həyatı aktiv olduğu üçün 25 yaşında olsalar belə, daha qoca görünürlər. Yaxşı olardı ki, insanlar axşam saat 10-dan sonra telefondan istifadə etməsinlər. Şüalanma da yuxunu qaçıran amillərdəndir. Həmçinin qaranlıq otaqda yatmaq vacibdir. İşıq lampaları insan beynində ağrıların yaranmasına səbəb olur".
Aygün Mirakif,
KONKRET.az

Sağlamlıq       Tarix: 05 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər son xəbərlər azərbaycanda xəbər az sonxabar