Muzeyə gedən qadın eksponatlar arasında öz ürəyini gördü - FOTO
Muzeyə gedən qadın eksponatlar arasında öz ürəyini gördü - FOTO
Britaniyanın Rinqvud şəhərində maraqlı hadisə yaşanıb. Belə ki, hempşirli qadın vaxtilə donor orqanla əvəzlədiyi ürəyini muzeydə görüb.
Məlumata görə, hazırda 38 yaşında olan Cennifer Satton tələbə olarkən səhhətində problemlər hiss etməyə başlayıb. O, orta dərəcədə fiziki iş görməkdə belə çətinlik çəkib. Tezliklə ona məhdudlaşdırıcı kardiomiopatiya diaqnozu qoyulub. Həkimlər ona ürək transplantasiyasına ehtiyac olduğunu bildiriblər.
Donor üçün uzun axtarışlardan sonra Satton həyatını xilas edən əməliyyatdan keçib.
Bundan sonra o, Kral Cərrahlar Kollecinə ürəyindən sərgi üçün istifadə etməyə icazə verib.
Satton bu hadisədən 16 il sonra Londondakı Hunterian Muzeyində eksponatlar arasında sərgilənən ürəyini görüb.
İngiltərəli qadın bu tamaşanı inanılmaz surreal adlandırıb.
"Əvvəlcə düşünürsən - "bu, mənim bədənimdə idi". Amma bu, olduqca xoşdur. O, mənim dostum kimidir. Bu ürək 22 il mənim həyatımı saxlayıb və mən onunla həqiqətən fəxr edirəm", - deyə Satton hisslərini bölüşüb.






Mənbə: Lenta.ru / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR