"Nar" abunəçiləri üçün 'Vətəndaş" tipli "Asan İmza' xidmətinin aylıq abunə haqqı ləğv edilir

"Nar"Nar" abunəçiləri üçün 1 iyul 2021-ci ildən etibarən "Vətəndaş" tipli "Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir.
Bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan və 1 iyul 2021-ci ildən etibarən yeni qoşulan vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmətin aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. "Nar" abunəçiləri "Asan İmza" xidmətini mövcud olan mobil nömrələrində aktivləşdirə bilərlər və bu zaman yeni nömrə əldə etməyə ehtiyac yoxdur. Sadəcə "Nar" Xidmət mərkəzlərinə yaxınlaşaraq, "Asan İmza" xidmətini dəstəkləyən "SIM" kart almaq üçün mövcud nömrənin dublikatını əldə etməlidirlər. Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş imkanının təmin edilməsi məqsədilə B.EST Solutions şirkəti bütün mobil operatorlar, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birlikdə bu qərarı verib.
İstifadəçilər Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanacaq və fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaqlar.
Qeyd edək ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan "İş" və "Dövlət" tipli "Asan İmza" xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.
Xatırladaq ki, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, 3 il müddətinə "Asan İmza" xidmətinin ("Vətəndaş" tipli "Asan İmza" xidmət növü) ödənişsiz təqdim edilməsi barədə də qərar qəbul edilib. Bu xidmətin aktivləşdirilməsi isə 18 AZN təşkil edirdi.
"Nar" abunəçiləri ətraflı məlumatı internet səhifəsindən əldə edə və ya "1847" Asan İmza Çağrı Mərkəzinə zəng edərək, eləcə də [email protected] elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər.

İqtisadiyyat       Tarix: 02 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər hava durumu bu gune olan xeberler sou biznes