"Nar" ardıcıl üçüncü il Müştəri Loyallığı İndeksində lider oldu
2021-ci ilin Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında "Nar" ən yüksək nəticə göstərərək birinciliyini qoruyub. Ötən illə müqayisədə "Nar"ın Müştəri Loyallığı İndeksi 2021-ci ildə 50% yüksəlib. "Nar" 2019-cu ildən etibarən Müştəri Loyallığı İndeksi üzrə yerli mobil rabitə bazarının lideridir.
Şirkətin Baş İcraçı Direktoru Qunnar Panke əldə olunan nəticədən dolayı qürur duyduğunu bildirir. ""Nar" olaraq bütün fəaliyyətimizi son nəticədə müştərilərimizin rahatlığına fayda verəcək şəkildə qurmuşuq. İstər yeni məhsullar hazırlayarkən, istərsə də mövcud xidmətləri təkmilləşdirərkən abunəçilərimizin rəylərini öyrənirik və tətbiq edirik. Bu liderliyi Azərbaycan kimi rəqabətcil rabitə bazarında 3 il boyunca saxlaya bilmək bizim üçün çox böyük uğurdur."
"Nar"ın sərfəli təklifləri, mobil internet xidmətlətinin keyfiyyəti və müştəri xidmətlərinin üstünlüyü Müştəri Loyallığı İndeksini üzrə lider mövqeyinin qorunub saxlanmasının əsas faktorları olub. "Nar" mağazalarının yenilənərək müştərilər üçün daha rahat xidmət şəraitinin yaradılması, "Nar+" tətbiqinin təkmilləşdirilməsi ilə abunəçilərin balanslarına daha asan nəzarət etməsi və həmçinin davamlı gücləndirilən mobil şəbəkə mobil opeartorun müştəriyönümlülük strategiyası çərçivəsində həyata keçirilir. Mobil operatorun müştəriyönümlülüyü özünün əsas iş istiqaməti kimi müəyyən etməsi abunəçilərin razılığının məhz bu yöndə xüsusi seçilməsinə səbəb olub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR