"Nar" BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

"Nar" KSM istiqamətində gördüyü işləri yeni mərhələyə qaldıraraq dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşuldu. 
"Nar"ın icraçı direktoru Qunnar Pankenin bildirdiyinə görə, BMT-nin Qlobal Sazişində iştirak etməklə "Nar" sosial, iqtisadiyyat və insan rifahı üzrə korporativ məsuliyyətini daha da sistemləşdirməyi hədəfləyir.
"Uzun illərdir ki, davamlı inkişaf və məsuliyyət prinsipini rəhbər tutan bir şirkət olaraq BMT Qlobal Sazişinin bir hissəsi olmaqdan qürur duyuruq. Cəmiyyətə faydalı olmaq üçün etdiyimiz KSM layihələr ilə daha yaxşı gələcəyə öncüllük edəcəyimizə inanırıq. Bu sazişə qoşulmağımız da yolumuza sadiqliyin nümunəsidir", - deyə o qeyd edib. 
"Azərbaycan cəmiyyəti getdikcə qlobal davamlılığa ümumi prioritet kimi yanaşır və bu yanaşma cəmiyyətin bütün kəsimlərini - fərdi, ailə, dövlət və  müxtəlif ölçülü biznesləri və sənaye müəssisələrini əhatə edir. "Azerfon" şirkətinin BMT-nin Qlobal Sazişi üzrə öhdəlikləri buna əyani sübutdur. Bunlar hələ qarşıda duran mühüm hədəflər olduğundan, mən əminəm ki, "Nar", onun rəhbərliyi və bütün şirkət əməkdaşları Azərbaycanda korporativ davamlılığın nümunəvi şəkildə formalaşması və təşviqində aparıcı mövqe tutacaq", - deyə BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.
Qeyd edək ki, BMT Qlobal Sazişinin 10 prinsipini KSM strategiyasına, əmək siyasətinə və müxtəlif prosedurlarına tətbiq etməklə bu sazişə qoşulan şirkətlər cəmiyyət və planet qarşısında məsuliyyətlərini qoruyurlar. "Nar" üçün Qlobal Sazişin dayanıqlı inkişaf prinsiplərinin ən önəmli maddələrindən olan insan hüquqları, əmək və ətraf mühit sahəsində öhdəliyi xüsusi əhəmiyyət kəsb edir. BMT Qlobal Sazişində Azərbaycanı təmsil edən ilk telekommunikasiya şirkəti olaraq, "Nar" təhsilin inkişafına dəstək, işçilər üçün rahat əmək şəraitinin yaradılması, gender bərabərliyi istiqamətində layihələrə dəstək verilməsinə fokuslanır.
"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
BMT Qlobal Sazişi 2000-ci ildən fəaliyyətə başlayan, 160-dan çox ölkədə yerləşən 13000-dən çox şirkət, 3800 qeyri-biznes tərəfdaşı və 69 yerli şəbəkə ilə dünyanın ən böyük korporativ davamlılıq təşəbbüsüdür.

İqtisadiyyat       Tarix: 05 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler xankendi son xeberler bugun cəbhədən son görüntülər