Nar' qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
"Nar" 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlərin qəhrəmanlıqlarından bəhs edən kitabın çapına dəstək olacaq.
Azxeber.com xəbər verir ki, kitabda Vətən müharibəsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Qafqazinfo" xəbər portalının "Qəhrəman müəllimlərimizi tanıyaq" layihəsi çərçivəsində hazırladığı 38 reportajı toplanacaq. Qeyd edək ki, bu yazılar cəmiyyətdə böyük marağa səbəb olmaqla yanaşı, şagirdlərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə töhfə verib.
Kitab ilkin olaraq 2000 tirajla, təxminən 150 səhifə olmaqla, 4 rəngdə nəfis şəkildə nəşr olunacaq. Kitabın ödənişsiz olaraq həm Bakı şəhəri üzrə məktəblərə, həm də ölkənin digər məktəblərinə paylanılması nəzərdə tutulur. Türkiyədə yüksək keyfiyyətlə dərc olunacaq kitabın təqdimatının Zəfər Günü ərəfəsində keçirilməsi planlaşdırılır. Qeyd edək ki, layihənin məqsədi qazi müəllimlərimiz haqqında məlumatın geniş yayılması və onların şücaətinin gələcək nəsillərin tərbiyəsinə töhfə verməsidir.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar