"Narkomaniya və insan alveri ilə mübarizəni yalnız polis aparmalı deyil" – AÇIQLAMA

"Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə əksəriyyət insanda  belə bir yanaşma var ki, mütləq şəkildə narkomaniya və insan alveri ilə mübarizəni ancaq polis, hüquq-mühafizə orqanları aparmalıdır".
Azxeber.com xəbər verir ki, bu sözləri ekspert Ramiz Alıyev açıqlamasında deyib.
O, qeyd edib ki, bu yanaşma yanlışdır və belə düşüncə təhlükəlidir.
"Hər bir ailə kiçik dövlətdir ona görə də valideynlər və yaşca böyük olan insanlar özlərindən yaşca kiçik ailə üzvlərinə güclü nəzarət etməlidir. Eyni zamanda bu gün təəssüflər olsun ki, bir çox televiziya kanalları həm insan alveri, həm də narkomaniya ilə bağlı sanballı, təsiredici maarifləndirmə işləri apara bilmirlər.
Tez-tez veriliş təşkil edib bu mövzuya yaxından və uzaqdan heç bir əlaqəsi olmayan "ekpertləri" dəvət edərək "maarifləndirmə" aparmaq görüntüsü yaratmaq  göyərçinlə məktub göndərməyə bənzəyir. Eyni ilə bəzi vətəndaş cəmiyyətinin üzvlərinin və gənclər təşkilatlarının  "capy-paste" edib hazırlatdığı buklet və bröşürlər kimi. Artıq o dövrlər bitib.
Bu gün Daxili İşlər Naziriliyinin sosial şəbəkəkələrdə olan səhfələrinin narkomaniya və insan alveri ilə bağlı apardığı  maarifləndirmə işləri bəzi televiziyaların apardığı "maarifləndirmə" işlərindən qat-qat yaxşıdır və müasirdir.
Maraqlıdır ki, dövlət tərəfindən maliyyələşən  televiziyalar bu gün yenə də  10 il öncə necə maarifləndirmə işləri aparırdısa indi də o cür davam edirlər. Daha yaxşı olardı ki, mövzu ilə bağlı insanlara təsir edən, gəncləri maarifləndirən video-çarxlar, bədii filmlər, seriallar çəkilsin. Kim deyirsə ki, bu cür video-çarxlara və filmlərə baxan yoxdur onlar yalan deyirlər!
Bu il ATV kanalı ilə birlikdə biz narkomaniya və insan alveri ilə bağlı  6 bölümdən ibarət  "İFŞA" adlı serial çəkdirdik və demək olar ki, bütün ölkənin bu serialdan xəbəri oldu. Televizayaların reytinq cədvəlində də ən reytinqli seriallardan biri oldu. Ölkə mətbuatı mütəmadi olaraq bu serial haqqında yazılar yazıdı, diqqətdə saxladı.
Hətta qardaş Türkiyənin 30-dan artıq mediasında bununla bağlı yazılar getdi və türk seriallarına bənzədildiyi yazılırdı. Doğrudur, bu, Azərbaycanda ilk polis serialı idi və belə proyektlər etmək digər seriallar kimi asan deyil, ancaq bu cür film, serial və video-çarxlar çəkmək, sosial şəbəkələrdə müasir dövrə uyğun formada bununla bağlı maarifləndirmə işləri aparmaq mütləq lazımdır! Standart və keçmişdən qalan təbliğat formalarından televiziya kanalları çəkinməlidir.
Bu gün Azərbaycanın hüquq -mühafizə orqanları və xüsusən də Azərbaycan polisi gündəlik olaraq narkomaniya və insan alveri ilə bağlı apardıqları əməliyyat tədbirləri haqqında məlumat verir, istər televizayalarda, istərsə də Nazirliyin sosial şəbəkədəki hesablarında. Düşünürəm ki, maarifləndirmə işi ilə məşğul olmalı olan sahələr daha müasir formalardan istifadə etsələr və televiziyalar da o mənasız verilişlərdən uzaq olub daha müasir verilişlər, bu sahə ilə bağlı video-çarxlar, filmlər, seriallar etsələr yaxşı nəticələr olar.
Bu gün, həqiqətən, Azərbaycan polisi çox böyük əziyyət çəkir və gərgin iş rejimində çalışır ki, bu bəladan ölkəmizi və xalqımızı, xüsusən də gənclərimizi qorusun. Maarifləndirmə işləri  ilə məşğul olmalı olan sahələr də bu qayda ilə çalışmalıdır ki, ölkəmizi və gənclərimizi bu bəladan xilas edə bilək".

Sosial       Tarix: 08 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az son xeberler valyuta mezennesi banklar xəbərlər