Narkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEO

Narkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEONarkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Tülü kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Xəlilov əmisi oğlu Şahin Xəlilov və tanışı Rüfət İbrahimovla idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb.
Nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirilən zaman oradan 104 ədəd çətənə bitkisi aşkar edilib. Araşdırma zamanı həmin şəxslərin narkotik vasitəni Qabaqçöl qəsəbəsi ərazisində becərmək üçün apardıqları, yetişdirib satacaqları təqdirdə isə əldə edəcəkləri qazancı öz aralarında böləcəkləri barədə razılaşmaları olduğu məlum olub. 
Keçirilən digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qullar kənd sakini, əvvəllər də analoji cinayət əməllərinə görə məhkum olunmuş Mahir Orucov saxlanılıb.
Onun idarə etdiyi VAZ-21099 markalı avtomobilə baxış keçirilən zaman dağlıq əraziyə becərmək üçün apardığı 12 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlərlə M.Orucovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə 450 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb. 
Digər bir əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayon sakini Elçin Musayev saxlanılıb. Şəxsi axtarış zamanı corablarında gizlətdiyi kibrit qutularındakı qurudulmuş marixuana ondan maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Narkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEONarkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEONarkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEONarkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEONarkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEONarkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEONarkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEONarkotiki corabında gizlədən şəxs ələ keçdi - FOTO/VİDEO

Sosial       Tarix: 24 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe en son xeberler bu gun xeber.az 2026 son.xeber