NASA-dakı azərbaycanlı Allen Mirqədirov: "Aya uçmaq niyyətim var" - FOTO/VİDEO
NASA-dakı azərbaycanlı Allen Mirqədirov: "Aya uçmaq niyyətim var" - FOTO/VİDEO
Allen Tərlan oğlu Mirqədirov həqiqətən də fəxr ediləsi azərbaycanlılardan biridir. O, 30 ildən çoxdur ki, Amerika Birləşmiş Ştatlarında yaşayır. Buna baxmayaraq, Allen amerikalılara və digər millətlərin nümayəndələrinə öz vətənini sevgilə tərənnüm edərək, milli köklərini heç vaxt unutmur.
Caliber.Az ilə söhbət edən həmyerlimiz hazırda ABŞ Milli Aeronavtika və Kosmik Agentliyində (NASA) işləyir və nə vaxtsa kosmosa uçmaq arzusu ilə yaşayır.
"Kosmosa uçmaq heç vaxt imtina etməyəcəyim möhtəşəm bir xəyalımdır. Astronavtlar sırasına daxil olmaq çox çətindir. Hətta Amerikada bu mövzuda bir zarafat da var. Deyirər ki, senator və ya prezident olmaq daha asandır. Buna baxmayaraq, dörd ildən bir müraciətimi təqdim edirəm. Sonuncu dəfə ötən il müraciət etmişəm və hələ ki cavab almamışam. Bu günə qədər heç kim Marsa uçmayıb. Aya uçuş üçün namizədlərə gəldikdə isə NASA-nın artıq öz astronavtlar heyəti var. Əgər müraciətim qəbul olunsa, könüllü olaraq oraya uça bilərəm. Bu, ən tezi 2024-cü ildə baş verə bilər. ABŞ-ın Ayda baza yaratmaq niyyəti var. Mən öz şansımı qaçırmaq fikrində deyiləm" – deyə Allen bildirib.
Şanslarının kifayət qədər real olduğunu qeyd edən həmyerlimiz hətta 2024-cü ildə Aya uçacaq NASA heyətinə düşmək ehtimalının mövcudluğunu da vurğulayıb.
"Ay və Marsa şərti uçuşlarla bağlı təcrübələrdə iştirak etmək mənim şanslarımı yalnız artıracaq. Bu gün bir telekommunikasiya mühəndisi olaraq qrupum və mən peyklər, yerüstü stansiyalar və antenlər arasındakı əlaqələrə cavabdehik. NASA da məhz kosmosdan yerə və əksinə məlumatların göndərilməsinə mühüm əhəmiyyət verir", - deyə mühəndis qeyd edib.







Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR