NATO baş katibinin Cənubi Qafqaz səfəri Moskvanı hiddətləndirdi

NATO baş katibinin Cənubi Qafqaz səfəri Moskvanı hiddətləndirdi"Bu, Cənubi Qafqaz respublikalarını Avroatlantik təsir zonasına çəkmək cəhdinin növbəti təzahürüdür".
KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə NATO-nun baş katibi Yens Stoltenberqin Bakı, Tbilisi və İrəvana səfərini belə şərh edib.
"Həm NATO, həm də NATO üzvü olan ölkələr tərəfindən uzun müddətdir ki, ayrı-ayrılıqda və sistemli şəkildə cəhdlər edilib. NATO-nun bu səviyyəli rəsmisinin son səfəri fəallığın artdığını və çoxşaxəli olduğunu təsdiqləyir".
M.Zaxarova deyib ki, Cənubi Qafqaz dövlətlərinin Rusiya ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan və regionda qlobal sülhə yönəlmiş ünsiyyət faktı Qərbi qane etmir.
"NATO və ona qoşulmuş Avropa İttifaqının region dövlətləri arasında həm bir-biri ilə, həm də Moskva ilə münasibətlərinin pozulmasına təkan vermək və cənub sərhədlərimizin perimetri boyunca vəziyyəti gərginləşdirmək cəhdləri bundan irəli gəlir. Təbii ki, maksimum vəzifə də var: məhz Zaqafqaziyada ölkəmizə qarşı ikinci cəbhə açmaq və ümumiyyətlə, bölgəni yenidən alovlandırmaq. Rusiyanın vasitəçiliyi ilə əldə edilən o razılaşmalar Qərb üçün sözün əsl mənasında "qırmızı əski" hesab olundu. Çünki bu, həqiqətən də qarşılıqlı hörmətə və maraqların qarşılıqlı hesablaşmasına əsaslanan sülhə aparan yol idi. Son zamanlar Ermənistan istiqamətində Qərb emissarları nəzərəçarpacaq dərəcədə fəallaşıblar. Xüsusilə, onlar Ermənistan-NATO arasında fərdi şəkildə hazırlanmış tərəfdaşlıq proqramını irəli sürürlər. Onların səyləri İrəvanın Moskva ilə əlaqələrini gözdən salmaq, ideal olaraq təmaslarımızı tamamilə kəsmək məqsədi daşıyır, qərblilər bunu gizlətmirlər. İndi onlar bizim Bakı ilə münasibətlərimizə zərbə vurmaq istəyirlər", – Zaxarova bildirib.

Siyasi       Tarix: 20 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda ensonxeberler xəbər xəbərlər.com