Nazim İbrahimov: 'Elçin Əliyevi Rövşən Əkbərov qətlə yetirib

Nazim İbrahimov: 'Elçin Əliyevi Rövşən Əkbərov qətlə yetiribBu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Məzahir Şıxəliyevin hüquqi varisi, qardaşı Rafiq Şıxəliyev dindirilib.
O deyib ki, 2001-ci il iyulun 2-də ona zəng gəldiyini, qardaşının Kiyev döyüldüyünü və onun tanışı Elçin Əliyevin qətlə yetirildiyini öyrənib: "Buna görə qardaşım Məzahir polis tərəfindən saxlanıldı və bir neçə gündən sonra sərbəst buraxıldı.
Hadisə günü atamla birlikdə Elçinin valideynlərinin evinə getdik. Elçinin qardaşı İdark bildirdi ki, qardaşını Rövşən Əkbərov öldürüb. Bu işdə hamı Elçin Əkbərovun adını hallandırırdı".
Daha sonra şahid qismində Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov ifadə verib.
O, R.Əkbərovu general kimi tanıdığını, lakin münasibətlərinin olmadığını bildirib: "Mərhum Elçin Əliyevi 1994-cü ildən tanımışam, həmin vaxtlar özüm də Kiyevdə sahibkarlıqla məşğul olmuşam. Elçin Əliyevlə münasibətim yaxşı olub, ailəvi dostluq etmişik. 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin edildim. 2000-ci ilin avqustunda Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıtdım və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getmədim. 2001-ci ilin iyulun 1-də Elçin Əliyevin Kiyevdə qətlə yetirildiyini eşitdim. Sonra Elçin Əliyevin ailəsi ilə danışdım. Onun nəşinin Azərbaycana gətirilməsini üzərimə götürdüm. Elçin Əliyevin biznes ortağı, səfir olan dövrdə tanıdığım Səməd Novruzovla birgə Ukraynaya getdik. Ekspert həkim Elçinin ürəyindən bıçaqlandığını söylədi. Milis idarəsində Elçinlə əlaqəsi olan şəxslər dindirilirdi.
Kiyevdə olduğum müddətdə Qüdrət Əhmədov mənimlə əlaqə saxlayıb, general Rövşən Əkbərovun görüşmək istədiyini söylədi, mən də razılaşdım. O, "Dnepr" otelin foyesinə gəldi. Həmin vaxt Rövşən Əkbərov tək deyildi, yanında Qüdrət Əhmədov da var idi. Orada Rövşən Əkbərova dedim ki, hamı bu qətlin sənin tərəfindən törədildiyini danışır. O, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu bildirdi. Baş verən hadisəni mənə Rövşən Əkbərov tam danışdı. Bizim yanımızda Qüdrət Əhmədov olub və o da bizim bu söhbətimizi eşidib. Bundan sonra Rövşən Əkbərovla heç vaxt rastlaşmamışıq, onunla heç bir görüşümüz olmayıb. Növbəti gün də Elçin Əliyevi Azərbaycana gətirdik".
Daha sonra N.İbrahimov 2021-ci ilin yanvarında istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, 2003-cü ildə verdiyi ifadəsini xatırlamadığını bildirib.
R.Əkbərovun vəkilləri N. İbrahimovun 2003-cü ildə istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər.
N.İbrahimov söyləyib ki, hamı E.Əliyevin qətlə yetirilməsində R.Əkbırovun günahı olduğunu danışıb.
Bu vaxt N.İbrahimovla R.Əkbərovun arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Əkbərov keçmiş komitə rəhbərini təhqir edib.
Növbəti proses sentyabrın 8-də davam edəcək.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
///Report

Sosial       Tarix: 01 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər en son xəbərlər bugün son xeber metbuat