Nazir əməkhaqlarının artırılmasından danışdı

Nazir əməkhaqlarının artırılmasından danışdıƏmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkədə əməkhaqqı və pensiyalar, işsizlik, qeyri-rəsmi məşğulluq, əlilliyin qiymətləndirilməsi, icbari tibbi sığortada yeniliklər, ünvanlı sosial yardım və şəhid ailələrinə dəstək tədbirlərindən danışıb.
azxeber.com xəbər verir ki, nazir bütün bu məsələlərlə bağlı ARB24 televiziyası və APA-nın suallarını cavablandırıb.
Maaş artımı
Anar Əliyev bildirib ki, ölkə üzrə əməkhaqqı fondu 3,3 dəfə artıb.
Onun sözlərinə görə, monitorinq tədbirləri çərçivəsində minimum əməkhaqqından aşağı maaş alan şəxslər müəyyən edildikdə, bununla bağlı nəzarət tədbirləri görülür.
Nazir qeyd edib ki, ölkədə əmək müqavilələrinin sayında 44 faizlik artım var.
Əlilliyin təyinatı ilə bağlı şikayətlər araşdırılır?
Əlilliyin təyin edilməsi mexanizmi ilə bağlı məsələyə aydınlıq gətirən, əmək və əhalinin sosial müdafiəsi naziri vurğulayıb ki, bu prosesi daimi nəzarətdə saxlayırlar.
"Vətəndaşlar şikayət etdikdə və yaxud onlara əlillik təyinatından imtina verildikdə, onları əyani müayinəyə dəvət edirik və qəbul edilmiş qərarları bir daha yoxlayırıq", - o deyib.
Tibbi sığortada əsas hədəf açıqlandı
Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilən icbari tibbi sığorta ilə bağlı görüləcək tədbirlərdən danışan nazir diqqətə çatdırıb ki, burada əsas hədəf tibbi sığorta sisteminin tam şəkildə rəqəmsallaşdırılmasına nail olmaqdır.
Ünvanlı dövlət sosial yardımlarla bağlı sualı cavablandıran Anar Əliyev deyib ki, müəyyən edilmiş şərtlərə cavab verməyən ailələrə sistem üzərindən imtina verilir:
"Bütün şikayətlər və narazılıq halları yerində araşdırılır. Biz hər bir müraciətə, şikayətə diqqətlə baxırıq".

İqtisadiyyat       Tarix: 22 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Ünvanlı sosial yardım alanlara şad xəbər - "Növbəti ildən…

"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasın

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır. xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-c

Azərbaycanda dərmanlar ucuzlaşacaq

Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi maksimal qiymətdən daha aşağı qiymətə satılması zamanı vergitutma məqsədilə bazar qiymətinin müəyyənləşdirilməsi qaydalarının dəyişdirilməsi təkli

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər

Sənaye, energetika və mədən sektorundakı şirkətlər iyundan bu günədək süni intellekt (Sİ) infrastrukturuna investorların marağının azalması səbəbindən bazar dəyərini 4,2 trilyon dollar itiriblər. -un məlumatına görə, bu barəd

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyəehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsiləhəmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyyat sorğusun

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun