Nazir: "Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edib

Nazir: "Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edibNazir: "Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edib"
Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən "COVID-19 pandemiyasının əmək sahəsinə təsiri" mövzusunda videokonfrans formatında təşkil edilən Qlobal Sammit çərçivəsində "Tərəfdaşlar Günü" tədbiri keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 35 ölkədən nazir və nazir müavinlərinin qatıldığı tədbirin açılışında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu tədbirin COVID-19 pandemiyasının əmək bazarına mənfi təsirinin qarşısının alınması sahəsində BƏT-ə üzv ölkələrin müsbət təcrübələrini bölüşmək, eləcə də bu mənfi təsirləri yumşaltmaq yollarını müəyyənləşdirmək üçün unikal bir imkan olduğunu deyib.  
Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiya dövründə əhalinin sağlamlığının qorunması, iqtisadiyyatın, sosial rifahın dəstəklənməsi sahəsində görülən geniş miqyaslı tədbirləri diqqətə çatdırıb.
Azərbaycan hökumətinin yeni vəziyyətə dərhal və adekvat reaksiya verdiyini, virusun yayılmasını azaltmaq üçün çoxsaylı məhdudlaşdırıcı tədbirlər gördüyünü, vətəndaş həyatının təhlükəsizliyinin ön planda dayandığını vurğulayıb.
Əhalinin sağlamlığının qorunması üçün görülən işləri diqqətə çatdıran S.Babayev bildirib ki, ölkəmizin bütün səhiyyə sistemi virusa qarşı mübarizədə səfərbər olunub. 2000 çarpayılıq rezerv yaradan 10 modul xəstəxana işə salınıb, onlardan beşi artıq tam fəaliyyət göstərir. 
S.Babayev iqtisadiyyata və sosial rifaha təxirəsalınmaz dəstək tədbirlərinin görülməsi üçün ümumi dəyəri 3,5 milyard manat, yəni iki milyard ABŞ dolları olan xüsusi Fəaliyyət Planının təsdiq edildiyini bildirib.
Məşğulluq və sosial rifahı dəstəkləmək üçün dörd istiqamət üzrə 12 tədbirin reallaşdırıldığını, bu tədbirlərin əhalinin 48%-ni və ya 4,8 milyon insanı əhatə etdiyini deyib. O, dövlət və özəl sektorlarda işçilərin əsassız işdən çıxarılmasının qarşısının alınması, işçilərin əmək haqlarının qorunması, ödənişli ictimai iş yerləri proqramının genişləndirilməsi üçün aparılan işləri qeyd edib. İşsiz və gəlirini itirmiş aztəminatlılardan ibarət 600 min şəxsə yaşayış minimumu qədər birdəfəlik ödənişlər edildiyini bildirib. 
Nazir özünüməşğulluq və ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi, əmək haqlarının birgə maliyyələşdirilməsi proqramının təkmilləşdirilməsi işləri, kommunal xidmətlərin ödənişləri üzrə güzəştlər, həssas qruplar üçün həyata keçirilən digər dəstək tədbirləri barədə məlumat verib.
O, həmçinin, sosial ödənişlərin davamlılığının təmin edilməsi, 65 yaşdan yuxarı tənha yaşlılara, sosial xidmət müəssisələrində xüsusi qayğıya ehtiyacı olan insanlara sosial xidmətlər göstərildiyini, sosial tərəfdaşlar vasitəsi ilə tənha yaşlılara və əlilliyi olanlara 100 minədək ərzaq yardımı paylarının verildiyini deyib.
S.Babayev məşğulluğun qorunmasında sosial dialoqa xüsusi önəm verildiyini, bu məqsədlə Xüsusi Koordinasiya Şurası yaradıldığını, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan İşəgötürənlər Konfederasiyasının da bu Şurada təmsil olunduqlarını bildirib. 
Pandemiya dövründə xidmətlərin onlayn müstəvidə, proaktiv şəkildə təkmilləşdirilməsi sahəsində aparılan mühüm işləri qeyd edən nazir məşğulluqla bağlı dolğun elektron məlumat bazasının yaradıldığını deyib. 
Mövcud şəraitdə birgə səylərin, qarşılıqlı dəstəyin önəmini vurğulayan nazir Azərbaycanın pandemiyaya qarşı mübarizədə 30-dan çox ölkəyə humanitar yardımla dəstək verdiyini, bundan sonra da Azərbaycanın dostlarına kömək etmək əzmində olduğunu vurğulayıb. 
Nazir: "Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edibNazir: "Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edib

Sosial       Tarix: 09 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


yeni xeberler azerbaycan xeberleri son xeberler bugünkü son xəbərlər maşın realiti şou son xeberler az hava durumu