Nazir vəzifəsindən sonra məni səfir göndərmək istəyirdilər
Xarici işlər naziri vəzifəsindən getdikdən sonra müxtəlif sektorlardan iş təklifləri gəlmişdi. Amma o təkliflər mənim üçün o qədər də maraqlı deyildi.
KONKRET.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Özəl sektor mənimlə daha çox maraqlanırdı. Mən onların təkliflərini qəbul etmədim, yəni bu məsələ alınmadı. İndi o mövzuya qayıtmaq gülməli çıxar", – deyə o qeyd edib.
Sabiq nazir Polad Bülbüloğlundan sonra Rusiyaya səfir göndəriləcəyi məsələsinə də aydınlıq gətirib:
"Belə bir məsələ qalxmışdı, amma sonra alınmadı. Başqa ölkəyə səfir göndərmək kimi təkliflər və təşəbbüslər də olub. Düzdür, bu məsələ qaldırılsa da, sonra öz həllini tapmadı. Hansı ölkəyə səfir göndərmək istəyirdilər, onu deməyəcəm".
Qeyd edək ki, 1960-cı ildə Bakıda anadan olan Elmar Məmmədyarov 2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı səfiri olub. 2004-cü ildən 2020-ci ilədək Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb.

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi