Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var
Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var
Azərbaycanda Nazirlər Kabinetinin dörd üzvünün yaşı 65-dən yuxarıdır.
Oxu.Az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının 66 yaşı var.
Baş nazirin müavini Əli Əhmədovun 67 yaşı tamam olub.
Səhiyyə Naziri Oqtay Şirəliyev də yaşı 65-dən yuxarı olanlar sırasındadır (70 yaş).
Baş nazirin birinci müavini Yaqub Eyyubov isə Nazirlər Kabinetinin ən yaşlı üzvüdür. Onun 74 yaşı var.
Xatırladaq ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində 24 martdan 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub.
Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.
Səhiyyə nazirinin müavini Viktor Qasımov martın 23-də mətbuat konfransında deyib ki, tibb işçiləri fəaliyyətlərini adi rejimdə davam etdirəcəklər:
"65 yaşdan yuxarı tibb işçiləri vəzifə borcunu yerinə yetirəcək", - deyə o bildirib.
Aqşin Kərimov

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var