Nazirlik rəsmisindən Kürdəki ekoloji vəziyyətlə bağlı proqnoz: "Təkrarlana bilər" - MÜSAHİBƏ

Nazirlik rəsmisindən Kürdəki ekoloji vəziyyətlə bağlı proqnoz: "Təkrarlana bilər" - MÜSAHİBƏNazirlik rəsmisindən Kürdəki ekoloji vəziyyətlə bağlı proqnoz: "Təkrarlana bilər" - MÜSAHİBƏ
Son bir neçə aydır, Kür çayının suyu azalıb. Çayda suyun səviyyəsinin aşağı düşməsini yağıntıların az olması, eləcə də, suvarmada istifadəsi ilə əlaqələndirirlər. Su çatışmazlığı problemi ilə bağlı aparılan diskussiyalara mütəxəssis rəylərinin verilməsi və mövcud durumun real təhlili günün aktual mövzusuna çevrilib. 
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bununla bağlı Oxu.Az-ın suallarını cavablandırıb:
- Kənd təsərrüfatı istehsalının artması quraqlığa səbəb ola bilərmi?
- Quraqlıq təbii proses olduğuna görə, əksinə, quraqlıq kənd təsərrüfatına təsir göstərə bilər. Təbii ki, suya tələbat ilbəil artsa da, bu amil bu il yaranmış su çatışmazlığının səbəbi deyil.
Əsas səbəbi təbii meteoroloji hadisə olan quraqlıqla bağlıdır.
Belə proseslər, çox güman ki, gələcəkdə də təkrar oluna bilər. Və bunu nəzərə alaraq, bizim məqsədimiz belə proseslərin mənfi təsirlərini mümkün qədər azaltmaq olmalıdır.
Bu istiqamətdə bütün səylər birləşdirilməlidir. Bu, həm aidiyyəti olan təşkilatların, yerli icra orqanlarının, həm bələdiyyələrin gündəmində əsas məqsədlərdən olmalı, su itkilərinin qarşısı alınmalı, qənaətlə istifadə təmin edilməlidir.   
Bu ilin may ayında düşən yağıntının miqdarı çoxillik normadan orta hesabla iki dəfə az olubsa, iyun ayında dörd dəfəyədək az olub, Aran rayonlarında normanın cəmi 11-28 faizini, Qazax-Gəncə bölgəsində və Lənkəran-Astara zonasında normanın 19 faizini, Balakən-Şəki bölgəsində isə 26 faizini təşkil edib.  Bu da quraqlığı səciyyələndirən əsas amillərdəndir.
Kürdə ekoloji fəlakətin səbəbi bilindi - RƏSMİ AÇIQLAMA
- Quraqlıq proqnozlaşdırılıbmı?
- Hər il qarölçmə işləri bitdikdən sonra aprel, may və iyun ayları üçün hidroloji proqnoz hazırlanır. Kompleks təhlillərə əsasən həmin dövr üçün Kür çayından daxil olan suyun (Şəmkir su anbarına) çoxillik normadan 40 faizədək az olacağı, Qanıx çayında isə (Mingəçevir su anbarına) 35 faiz normadan az olacağı proqnozu verilib.
Faktiki olaraq sululuq normadan 33-53 faiz arasında az olub. Buna görə də faktiki müşahidə olunan sululuq bu ilin  aprel, may, iyun ayları üçün verilən hidroloji proqnoza yaxın olub. Bir sözlə, bu ilin azsulu keçməsi gözlənilirdi.
Bundan əlavə, ongünlük və gündəlik hidroloji məlumatlarda çaylarda sululuğun normadan az olacağı və çaylarda aşağı sululuğun davam edəcəyi də proqnozlaşdırılıb.
- Əvvəlki illərdə də quraqlıq qeydə alınıbmı?
- Hazırda müşahidə olunan vəziyyət, gözlənilən az sululuğun nəticəsidir. Keçmişdə də ayrı-ayrı illərdə müxtəlif dərəcəli quraqlıq qeydə alınıb. Ölkəmizdə 2000, 2001 və 2014-cü illərdə baş vermiş güclü quraqlıq da çayların sululuğuna mənfi təsirini göstərmişdi.  
Qeyd edək ki, iqlim dəyişmələri son zamanlar özünü daha uzunmüddətli quraqlıq dövrləri ilə göstərir. Belə ki, Kür çayının sululuğu son səkkiz ildə normadan az olub, lakin bu il proses daha qabarıq hal alıb.
Onu da qeyd etmək lazımdır ki, müşahidə olunan su çatışmazlığının əsas səbəbi təbii quraqlıq olsa da, təbii səbəblərlə yanaşı, antopogen təsirlərin də olduğunu müşahidə edirik.
İlhamə Əbülfət

Sosial       Tarix: 03 iyul 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən yeni xəbərlər valyuta azerbaycan son xeber bugun