Nazirliyin şikayəti əsasında bu şirkətin əmlakı hərraca çıxarılacaq
Nazirliyin şikayəti əsasında bu şirkətin əmlakı hərraca çıxarılacaq
Şəki İnzibati-İqtisadi Məhkəməsində iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin "Zaqatala-kəndnəqliyyat" ASC-yə qarşı iddia tələbinə baxılıb.
Oxu.Az xəbər verir ki, iddiaçı "Zaqatalakəndnəqliyyat" ASC-nin 10.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2424,37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 3000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması" tələbi irəli sürüb.
Vergilər İdarəsi tələbini belə əsaslandırıb ki, vergi ödəyicisi olan hüquqi şəxs "Zaqatala-kəndnəqliyyat" ASC Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranıb.
Yaranmış borc məbləğinin beş gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilib, lakin cavabdeh borc məbləği yenə də ödəməyib.
Məhkəmə verilən iddianın təmin edilməsi barədə qərar çıxarıb. Qərara əsasən, cavabdeh "Zaqatala-kəndnəqliyyat" ASC-nin 3000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılacaq. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb