Neftçalaya çəkilən magistral su kəmərinin 50 faizi inşa edilib - FOTO

Neftçalaya çəkilən magistral su kəmərinin 50 faizi inşa edilib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Hazırda Neftçala şəhərini içməli su ilə təmin edəcək magistral su kəmərinin və su anbarının tikintisi həyata keçirilir. Eyni zamanda şəhərə və ətraf kəndlərə nəqliyyat vasitələrilə içməli suyun daşınması təmin edilir.
"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, Neftçala şəhəri və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihəyə əsasən, su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Buradan Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə 7500 kubmetr tutumu olan su anbarı inşa edilir. Bununla paralel olaraq su anbarından Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 44 km uzunluğunda magistral su kəmərinin inşası davam etdirilir. Hazırda su anbarının tikintisi üzrə işlərin 40 faizdən çoxu icra olunub. Magistral kəmərin isə 22 km-lik hissəsində işlər yekunlaşıb. Bununla da su anbarının və magistral kəmərin tikintisi üzrə işlərin 50 faizi icra edilib. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək.
Qeyd edək ki, son vaxtlar Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız hala salıb. Buna görə də rayon mərkəzinin, eləcə də ətraf kənd və qəsəbələrin içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur. Hazırda hər gün Salyan rayonundan 30-dan çox nəqliyyat vasitəsilə Neftçalaya su daşınır. Daşınan su məhəllələrdə quraşdırılmış çənlərə, həmçinin kəndlərdəki modul tipli sutəmziləyici qurğuların anbarlarına doldurulur. Əhaliyə verilən içməli suyun keyfiyyətinə səyyar laboratoriyalar tərəfindən mütəmadi nəzarət olunur.
Neftçala şəhərinin su və kanlziasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri, 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 23 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri krminal bu gun son xeber.az xeber.az