Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür

Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündürQlobal neft bazarı yeni təklif şoku ilə üzləşərsə, qiymətləri 180–200 dollar/barel səviyyəsinə yüksəlməsi artıq yalnız nəzəri ssenari deyil. Geosiyasi risklər, strateji ehtiyatların azalması və məhdud hasilat imkanları bazarın həssaslığını artırır.
Hörmüz boğazı əsas risk olaraq qalır. ABŞ–İran konfliktin davam etməsi neft bazarı üçün ən böyük risklərdən biridir. Hörmüz boğazından müharibədən əvvəl gündə təxminən 20 milyon barrel neft və neft məhsulu keçirdi ki, bu da qlobal neft tədarükünün təxminən beşdə birinə bərabərdir.
Boğazda uzunmüddətli məhdudiyyət yaranarsa, Körfəz ölkələrinin neft ixracının əhəmiyyətli hissəsi risk altında qala bilər. Alternativ boru kəmərləri mövcud olsa da, onların gücü Hörmüzdən keçən bütün həcmi əvəz etmək üçün kifayət etmir.
Hörmüzə parallel Bab əl-Məndəb boğazı da riskdədir. Qırmızı dənizdə təhlükəsizlik vəziyyətinin pisləşməsi Avropa və Asiya arasındakı enerji daşımalarının marşrutunu uzadaraq həm logistika, həm də sığorta xərclərini artıra bilər.
Strateji ehtiyatlar əvvəlki təhlükəsizlik səviyyəsində deyil. Son enerji böhranları zamanı ABŞ və digər ölkələr strateji neft ehtiyatlarından istifadə etdilər. ABŞ-ın Strategic Petroleum Reserve ehtiyatı əvvəlki illərin səviyyəsindən xeyli aşağıdır. Bu, yeni təklif şoku zamanı hökumətlərin bazara müdaxilə imkanlarını məhdudlaşdırır. Strateji ehtiyatlar qiymət artımını müvəqqəti yumşalda bilər, lakin uzunmüddətli fiziki neft çatışmazlığını kompensasiya edə bilməz.
Rusiya və Venesuela: əlavə təklif nə qədər sürətli gələ bilər? Rusiya neftinin qlobal bazara çıxışına dair sanksiya siyasətində hər hansı sərtləşmə bazarda əlavə təklif itkisi yarada bilər. Digər tərəfdən, Venesuela böyük neft ehtiyatlarına malik olsa da, hasilatın sürətlə artırılması üçün milyardlarla dollar investisiya və illərlə davam edəcək texniki bərpa tələb olunur. Bu səbəbdən Venesuela uzunmüddətli perspektivdə bazara əlavə neft verə bilər, lakin qısamüddətli təklif şokunu kompensasiya etmək imkanları məhduddur.
OPEC+ və dollar faktoru. Neft bazarının digər zəif nöqtəsi OPEC+ ölkələrinin real "boş hasilat gücü"dür. Qlobal tədarükdə bir neçə milyon barrel/günlük itki yaranarsa, həmin həcmin qısa müddətdə əvəzlənməsi çətin ola bilər.
Neft gəlirləri azalan ölkələr (körfəz ölkələri) artıq amerika dövlət istiqrazların alışlarını dayandıracaq və əlindəkiləri də satacaq. Nəticədə dollar daha da zəifləyəcək və neft qiymətlərinə əlavə dəstək verə bilər. Körfəz ölkələri toplam ~300 milyard dollar ABŞ istiqrazlarına sahibdirlər. Digər ölkələr də (məs., Yaponiya, Çin) yaranmış çətin vəziyyətdə öz iqtisadiyyatlarını dəstəkləmək üçün ABŞ istiqrazlarını satacaqlar. Və bu dolları daha da ucuzlaşdıracaq.
200 dollar mümkündürmü? Neftin 180–200 dollar/barel səviyyəsinə çatması üçün bir neçə riskin eyni vaxtda reallaşması lazım olacaq: Hörmüzdə uzunmüddətli məhdudiyyət, ABŞ–İran konfliktin genişlənməsi, strateji ehtiyatların uzunmüddətli zəif qalması, Rusiya neftinə sanksiyaların qalması və Venesuela neft sənayesinə yatırımların gecikməsi və OPEC+-un yaranan kəsiri kompensasiya edə bilməməsi. Belə bir ssenaridə neft bazarında qiymət reaksiyası kəskin ola bilər.
Bu baxımdan enerji sektorunda Chevron ($CVX), Exxon Mobil ($XOM), Occidental Petroleum ($OXY), Devon Energy ($DVN), $BP və Equinor ($EQNR) kimi şirkətlər investorların diqqətində qala bilər. Lakin neft qiymətinin yüksəlməsi bu səhmlərin avtomatik olaraq eyni nisbətdə bahalaşacağı anlamına gəlmir; hasilat maya dəyəri, borclanma, kapital xərcləri və dividend siyasəti də mühüm rol oynayır.
Nəticə etibarilə, $200/barel hazırda baza ssenarisi deyil. Lakin geosiyasi təklif şoku dərinləşərsə, bu səviyyə neft bazarı üçün real "tail-risk" ssenarisinə çevrilə bilər.
Vüqar Əsədov, Unimetal MMC, İnvestisiya Direktoru, Həmtəsisçi / azxeber.com

İqtisadiyyat       Tarix: 14 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat