Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
"City Garden Narimanov" yaşayış kompleksində tikintisi davam edən mənzillər üçün satış şərtləri yenilənib. Bakının Nərimanov rayonunda, şəhərin əsas nəqliyyat və kommunikasiya xətlərinə yaxın ərazidə inşa olunan layihə müasir memarlığı, geniş yaşıllıq sahələri və zəngin infrastrukturu ilə seçilir.
Yeni şərtlərə əsasən, illik 8%-dən başlayan faiz dərəcəsi ilə mənzil sahibi olmaq mümkündür. Kredit müddətindən asılı olaraq, 48 ayadək seçimdə 9%, 60 ayadək seçimdə isə 10% faiz dərəcəsi tətbiq olunur.
Qeyd edək ki, layihədəki bütün mənzillər 20 ilədək ipoteka və faizsiz, aylıq ödəniş öhdəliyi olmadan "Evini hissə-hissə al" modeli ilə də satışdadır.
"City Garden Narimanov" Heydər Əliyev prospektinin yaxınlığında, Xəzri küçəsində, "Nəriman Nərimanov" metro stansiyasından 720 metr məsafədə yerləşir. 29 binadan ibarət layihədə sakinlərin müxtəlif ehtiyacları nəzərə alınaraq geniş infrastruktur imkanları planlaşdırılıb.
Kompleksdə nəzərdə tutulan ticarət zonası, əyləncə mərkəzi, kafe və digər iaşə obyektləri gündəlik ehtiyaclarının daha rahat qarşılanmasına xidmət edir. 24/7 təhlükəsizlik və geniş avtodayanacaq da layihənin diqqətçəkən üstünlükləri arasındadır.
"City Garden Narimanov"da müasir memarlıq həlləri ilə yanaşı, mənzillərin rahatlığına və funksionallığına da xüsusi diqqət yetirilir. Yerdən tavana qədər uzanan pəncərələr, şəxsi bağçalı dupleks mənzil variantları və müasir interyer həlləri layihənin fərqləndirici xüsusiyyətlərindəndir.
Təmir zamanı Almaniyanın "Grohe", İtaliyanın "Gewiss" və "Prysmian Group" kimi Avropa brendlərinin məhsullarından istifadə olunur. Bu seçimlər mənzillərdə funksionallığı, müasir görünüşü və keyfiyyətli materialları bir araya gətirməyə yönəlib.
"City Garden Narimanov"da fərqli ailə tərkibinə və yaşayış ehtiyaclarına uyğun mənzil variantları təqdim olunur. Tikintisi davam edən binalarda 2 otaqlı studiyalardan başlayaraq 2, 3 və 4 otaqlı mənzillərə qədər müxtəlif seçimlər mövcuddur.
"City Garden Narimanov"da mövcud mənzil variantları, qiymətlər və kredit şərtləri barədə ətraflı məlumat almaq üçün Kristalın satış ofisinə müraciət edə bilərsən.
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi
Ətraflı məlumat: *1544
kristal.az / azxeber.com

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu