Nərminin meyitinin o formada ortaya çıxmasında məlum verilişin rolu var - RƏSMİ

Nərminin meyitinin o formada ortaya çıxmasında məlum verilişin rolu var - RƏSMİNərminin meyitinin o formada ortaya çıxmasında məlum verilişin rolu var - RƏSMİ
Bu il yanvarın 1-dən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun qüvvəyə minib. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov AYNA-ya uşaq hüquqlarının qorunmasına söykənən qanunun tənzimlənməsindən danışıb.
Onun sözlərinə görə, həmin qanunun mexanizmləri hazırlanıb:
"Qanunda normalar qeyd olunsa da, tənzimlənmə yox idi. Nazirlər Kabinetinin qərarı və təsdiqini gözləyirik. Bir neçə qurumla yanaşı, biz də öz sənədlərimizi təqdim etmişik. Fevral ayından biz öz təlimlərimizə start veririk, rəsmi təlimatları əldə etdikdən sonra isə konkret işlərə başlayacağıq. Bəli, telekanallardakı verilişlərə qanundan çıxış edərək tələblər qoya bilərik, hətta onların birdəfəlik yığışdırılması məsələsi də gündəmə gəlməlidir".
Komitə rəsmisi əlavə edib ki, dəfələrlə rəsmi qurumun təkidi ilə daha çox tamaşaçının zərərinə işləyən verilişlərin bağlanmasına nail olunub:
"Təəssüf ki, həmin verilişlər yeni adla başqa kanalda yayımlanmaqda davam edir. Bəzi məsələlər var ki, bizim səlahiyyətlərimiz daxilində deyil. Ona görə qeyd olunan qanunla bağlı təlimatlar təsdiqini tapdıqdan sonra baryer ortadan qalxacaq və biz daha ciddi şəkildə tələblər qoya biləcəyik".
E.Səfərov Tovuzda baş verən Nərmin Quliyeva cinayətinə də toxunub:
"Elə itmiş uşağın meyitinin dəhşətli formada ortaya çıxmasında məlum televerilişin rolu var. Bu veriliş əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra meyitin tapılması hər kəsdə təəssüf doğurdu. Hətta burada inzibati qaydada məsuliyyət də yarana bilər.
Vurğulayım ki, tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlanacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik".
"Komitə Nərminin itməsi ilə bağlı xəbərin ardından dərhal fəaliyyətə başlayıb. Nərmin noyabrın 21-də yoxa çıxdı, səhəri Tovuz rayonunda monitorinq komissiyamız işləməyə başladı, amma biz araşdırma bitməmiş öz işimizi görə bilmirik.
Qeyd etməliyəm ki, həmin ailədə hazırda başqa uşaq da var, o uşağın təhlükəsizliyi və psixoloji vəziyyəti üçün bir müddət ailədən alınması məsələsi də gündəmdədir. Təəssüf ki, baş verən cinayət çoxunda suallar doğurur. Ortada məsuliyyətsizlik, səhlənkarlıq var", - deyə Komitə rəsmisi vurğulayıb.
Xatırladaq ki, "Xəzər" TV-də efirə gedən "Səni axtarıram" verilişində N.Quliyeva ilə bağlı bir sıra süjetlər yayımlanıb. Həmin verilişlərdən birində itkin qızın anası "Heç olmasa, övladımın ölüsünü verin" müraciətini edib. Daha sonra 10 yaşlı qızın yandırılmış meyiti aşkarlanıb. /oxu.az

Sosial       Tarix: 11 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat zelzele xəbərlər.com bu gunun xeberleri