Nikol Paşinyan: 'Azərbaycanla sonuncu razılaşma bölgənin simasını dəyişəcək
"Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir".
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltmək lazımdır.
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da vurğulayıb.
Nikol Paşinyan deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı