Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalarBir müddət əvvəl spiker postundan uzaqlaşdırıldığı üçün "vurulduğu" güman edilən Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.
KONKRET.az xəbər verdiyi kimi, Simonyan bu vəzifədə Armen Qriqoryanı əvəz edib. Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı sərəncam imzalaması müzakirələrə səbəb olub. Paşinyan hökumətin iclasında Qriqoryanın Təhlükəsizlik Şurasının katibi kimi sonuncu dəfə toplantıya qatıldığını anons etmişdi. 8 il ərzində bu postu tutan A.Qriqoryan qərbyönümlü kadrlardan biri olmaqla yanaşı, Paşinyanın əsas rəqiblərindən sayılırdı.
Məlumata görə, Armen Qriqoryan baş nazirin administrasiyasında ona təklif olunan vəzifəni qəbul etməyib.
Baş nazir Nikol Paşinyan hökumətdə keçirdiyi brifinq zamanı bildirib ki, Qriqoryana baş nazirin aparatında işləməyi təklif edib, lakin o, dövlət qulluğunda karyerasına fasilə verməyə üstünlük verib. "Armen Qriqoryana baş nazirin aparatında iş təklif etdim, amma görünür, o, fasilə götürməyə üstünlük verdi. Mən buna anlayış və hörmətlə yanaşıram", – Paşinyan bildirib. Qriqoryan isə hələlik susur.
Beynəlxalq məsələlər üzrə ekspert, hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Paşinyan palament çoxluğunu əldə etdikdən sonra yalnız kabineti yeniləməklə kifayətlənmək fikrində deyil: "Görünən budur ki, o, fürsət düşmüşkən bütün hakimiyyət qollarına əl gəzdirməyi" hədəfləyib. Parlamentin ötkəm və öz mövqeyi ilə seçilən sədrini ona daha loyal olan başqası ilə əvəz edir, digər tərəfdən də Alen Simonyanı özünə rəqib etmək də istəmir. Bu baxımdan onu Təhlükəsizlik Şurasının katibi təyin edir. Açığı, mən bilmirəm ki, Ermənistada Təhlükəsizlik Şurasının katibi nə qədər təsirə malik bir vəzifədir, amma bütün hallarda bu da formal olaraq prestijli vəzifə hesab edilir". Həmin vəzifədə 8 ilə yaxın işləmiş Armen Qriqoryana gəlincə, S.Məmmədov dedi ki, xatırlatdı ki, o, Nazirlər Kabinetinin aparatında işləmək təklifindən imtina edib: "Görünür, onu bu təklif qane etməyib. Ola bilər ki, Qriqoryanı razı salmaq üçün daha üstün vəzifə təklifi də verilə bilər.
Bütün hallarda mən bu təyinat və istefaları Paşınyanın xarici siyasət kursunun dəyişməsi ilə izah etmək istəyənlərin fikirləri ilə razılaşmıram. Paşınyan anlayır ki, yerdəyişmələr zəruridir. Yəqin ki, Paşinyan məhkəmə hakimiyyətinə də gəlib çıxacaq və məhkəmələri də özünə münasibətdə daha da loyallaşdırmağa çalışacaq, baxmayaraq ki, o, bunu hələ özünün birinci səlahiyyəti müddətində etmişdi". Hüquqşünas bir faktı da xatırlatdı. Bildirdi ki, Paşinyan Konstitusiya Məhkəməsinin rəhbərliyini faktiki olaraq qovmuşdu və özünə münasib Konstitusiya Məhkəməsi üzvlərinin təyinatına nail olmuşdu: "Açığını desək, Paşinyan demokrat olmasa da, demokratiya görünütüsü yaratmaqda o qədər də naşı deyil. Bu baxımdan o, hakimiyyətin hər üç qolunda kadr islanatlarını davam etdirəcək. Bu dəyişikliklər ona həm də hakimiyyətini daha da möhkəmləndirmək üçün lazımdır. O, hələ din mafiyasını da dəf etməlidir".

Siyasi       Tarix: 14 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Orada xüsusi bir bənd var…" - İlham Əliyev

"Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirə

Bu gün təyin olunan səfirlər kimdir? - DOSYE

Bu gün Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə bir sıra səfir təyinatları reallaşıb. Belə ki, Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmmə

Müharibə ABŞ-ni bu qədər zərərə saldı - Rəqəmlər ŞOK yaratdı

İranın bölgədəki ABŞ hərbi hədəflərinə qarşı həyata keçirdiyi intensiv hücumlar Vaşinqtona milyardlarla dollar dəyərində ziyan vurub. KONKRET.azxəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşrinin yaydığı məlumat

İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir

Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlətimizin başçısı, həmçinin Naxçıvand

Paşinyan Zelenski ilə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. xəbər verir ki, Ukrayna dövlət başçısı Nikol Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunmas

Əraqçi: ABŞ ciddi səhvlərə yol verir, kəşfiyyat məlumatları uğursuzdur

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına münasibət bildirib. xəbər verir ki, Əraqçinin sözlərinə görə, ABŞ kəşfiyyat məlumatlarının uğursuzluğu səbəbində

ABŞ hərbçilərinin SSRİ-dəki stansiyaları - meteoroloji missiyanın sonu

1945-ci ilin son aylarında ABŞ və SSRİ arasında münasibətlər hələ müttəfiqlik çərçivəsində olsa da, bir müddət sonra iki ölkənin yaranacaq gizli qarşıdurmasının ilk əlamətləri artıq özünü göstərib. Bu dövrdə ABŞ Sovet İttifaqını

Türkiyənin ana müxalifət partiyası parçalanır? - İstefalar dayanmır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) parlamentdə qəbul edilən "Çərçivə qanunu"na verilən dəstəkdən sonra ilk istefa baş verib. Belə ki, CHP Çorum İl Qadın Qollarının rəhbəri Özlem Özşahin vəzifəyə təyi

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Bir müddət əvvəl spiker postundan uzaqlaşdırıldığı üçün "vurulduğu" güman edilən Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.  xəbər verdiyi kimi, Simonyan bu vəzifədə Armen Qriqoryan


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər son xəbərlər azərbaycanda son.xeberler zelzele